Əsas Səhifə > Güney Press / Ana xəbər > Avropa Rusiyaya ən ağır sanksiyasını tətbiq edir
Avropa Rusiyaya ən ağır sanksiyasını tətbiq edir5-09-2014, 14:17 |
|
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb. AzVision.az “The Financial Times” istinadən xəbər verir ki, Avropa Komissiyası tərəfindən təsdiqlənən sanksiyalar Rusiyanın neft sektoruna şamil ediləcək. Nəşrin məlumatına görə, Rusiya neft şirkətlərinin Avropa kapital bazarına çıxışı məhdudlaşdırılacaq. Qeyd edək ki, daha əvvəl anoloji sanksiyalar Rusiya dövlət banklarına şamil edilmişdi. Məlumata əsasən, sanksiyalar aktivlərinin sayı 3 trilyon rubldan çox və gəlirlərinin yarısı neft və neft məhsullarının satışından əldə olunan şirkətlərə tətbiq ediləcək.“The Financial Times”-ın hesablamalarına görə, sankiyalar “Rosneft”, “Qazpromneft” və “Transneft” şirkətlərinə şamil ediləcək. Daha əvvəl Avropa Şurasının rəhbəri Herman Van Rompey yeni sanksiyalar barədə qərarın Ukraynadakı vəziyyətlə əlaqədar olacağını bildirmişdi. Geri qayıt |