Əsas Səhifə > Güney Press / Ana xəbər > Elşad Abdullayevin işçisindən TQDK sədrinə "buzlu su" dəvəti

Elşad Abdullayevin işçisindən TQDK sədrinə "buzlu su" dəvəti


5-09-2014, 12:18
Elşad Abdullayevin işçisindən TQDK sədrinə "buzlu su" dəvəti
Keçmiş Azərbaycan Beynəlxalq Unversitetinin müəllimi Ramil Orucov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəni “buzlu su” aksiyasına dəvət edib.

Qeyd edək ki, dünyada ALS xəstəliyinə diqqət çəkmək üçün “Ice Bucket Challenge”, yəni, “Bir vedrə buzlu su” aksiyası başlayıb. Başına bir vedrə su tökən şəxs (bu, məşhur biri də ola bilər, sıradan biri də) 3 adamı bu hərəkəti təkrarlamağa çağırır. Əgər çağırış etdiyi şəxslər bu addımı təkrarlaya bilməsələr, ALS xəstələri üçün açılmış hesaba 100 dollar ödəməlidir. ALS xəstəliyi mərkəzi sinir sistemində motor hüceyrələrinin (neyronların) ömürlük itirilməsindən irəli gəlir. Bu hüceyrələrin itirilməsi əzələlərdə gücsüzlüyə və əriməyə səbəb olur. DİA.AZ Ramil Orucovun Bizimyol.info saytına göndərdiyi videonu təqdim edir:



Geri qayıt