Əsas Səhifə > Güney Press / Ana xəbər > İki dövlət qurumu arasında məhkəmə çəkişməsi başlayır

İki dövlət qurumu arasında məhkəmə çəkişməsi başlayır


4-09-2014, 11:47
İki dövlət qurumu arasında məhkəmə çəkişməsi başlayır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Təhsil Nazirliyinin tabeliyində olan Bakı Texniki Kolleci və 5 saylı Bakı Peşə Liseyini məhkəməyə verib.

Bakı Apellyasiya Məhkəməsindən AzVision.az-a verilən məlumata görə, qurumun təhsil müəssisələrindən şikayət etməsinin səbəbi “Azərsu”ya olan borcun ödənilməməsidir.

Sentyabrın 2-də Bakı Texniki Kollecinin su pulu və kanalizasiya xidmətlərinə görə yaranmış borcu ödəmədiyi üçün məhkəmə iclası keçirilib və iddia qismən təmin edilib.

5 saylı Bakı Peşə Liseyi də eyni səbəbdən “Azərsu” tərəfindən məhkəməyə verilib. Proses davam edir.

Geri qayıt