Əsas Səhifə > Güney Press / Ana xəbər > Evini Putinə vəsiyyət edən hüquq müdafiəçisini dəlixanaya apardılar
Evini Putinə vəsiyyət edən hüquq müdafiəçisini dəlixanaya apardılar4-09-2014, 11:26 |
![]() “Məni indi dəlixanaya aparırlar, deyirlər ki, guya mən dəliyəm”. Bunu dünən Avrasiya.net-ə hüquq müdafiəçisi Səyarə Heydərova zəng edərək deyib. Elə tibbi təcili yardım avtomaşınından danışan S.Heydərova bildirdi ki, əvvəlcə onu “Bandotdel”ə çağırıblar: “Məni sorğu-sual etdilər. Sonra isə 36-cı polis bölməsinə apardılar. İki gün də orada qaldım. Oradan da dəlixanadan maşın çağırdılar ki, mənim psixi pozqunluğum var, müalicə almalıyam”. Ondan polisdə saxlanıldığı səbəbini soruşduqda belə cavab verib: “Bunların hamısı evimi Putinə vəsiyyət etməsilə bağlıdır. Gah dedilər ki, evinə adam gətirirsən, gah dedilər ki, evini səliqəsiz saxlayırsan və s.” S.Heydərova daha sonra telefonu onu aparan həkim briqadasının rəhbərinə verdi ki, mənlə danışsın. Suallarımızı həkim Niyazi Quliyev cavablandırdı. O, S.Heydərovanın Maştağa qəsəbəsində yerləşən Respublika 1 saylı Ruhi Əsəb Dispanserinə aparıldığını dedi: “Əlimizdə respublikanın baş psixiatrının sənədi var ki, bu qadın müalicə almalıdır. Bizi polisə dəvət etdilər biz də bu xanımı aparırıq ora. Özünüz gəlib bizə təqdim olunan sənədlərlə tanış ola bilərsiniz”. Həkim S.Heydərovanın dispanserdə neçə gün qalacağını demədi. Xatırladaq ki, Səyarə Heydərova özünə məxsus bütün daşınan və daşınmaz əmlakını Rusiya prezidenti Vladimir Putinə vəsiyyət edib. Səbəbi isə onu incidildiyi ilə əlaqələndirib. Vəsiyyətnamədə yazılır: Bakı şəhəri, X.Məmmədov küçəsi, ev 21, mənzil 27 ünvanın sakini Heydərova Səyarə Rövşən qızı, bütün daşınan və daşınmaz əmlakımı 7 oktyabr 1952-ci ildə doğulmuş Rusiya Federasiyası vətəndaşı Putin Vladimir Vladimiroviçə vəsiyyət edirəm. 13 may 2014-cü il. Vəsiyyətnamə Bakı şəhəri 2 saylı “ASAN” xidmət mərkəzinin notariusu H.H.Məmmədov tərəfindən təsdiq edilib. Sənəd reystrdə 2 v 349 nömrə ilə qeyd edilib. Onu da bildirək ki, S.Heydərova “KQB”nin III bölməsinin rəisi olan, 1990-cı ildə dünyasını dəyişən mərhum polkovnik Rövşən Heydərovun qızıdır. S.Heydərova Gülər Əhmədova olayı ilə bağlı gündəmi zəbt edənlərdən biri olub. Belə ki o, sabiq millət vəkili Gülər Əhmədovaya kömək məqsədilə Elşad Abdullayevin yaydığı videoların saxta olub, olmadığını aydınlaşdırmaqdan ötrü “Foreneks” MMC-yə müraciət edib. Bundan başqa Fransada məskunlaşan MTN-nin xüsusi işlər üzrə keçmiş müstəntiqi, polkovnik Ramin Nağıyev və ABU-nun sabiq rektoru Elşad Abdullayevlə aralarındakı yazışmanı da ilk dəfə mətbuata ötürüb. Geri qayıt |