Əsas Səhifə > Güney Press / Ana xəbər > Şəmkirin icra başçısı: "Mən gözdən əlillərə ev vermirəm"
Şəmkirin icra başçısı: "Mən gözdən əlillərə ev vermirəm"3-09-2014, 14:34 |
|
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) bölgə müxbiri Şəmkir rayon sakini Tağıyev Telman Abbas oğlunun müraciətini redaksiyamıza çatdırıb. Şəmkir rayonu, Əhməd Cavad küçəsində yaşayan Telman Tağıyev bildirir ki, gözdən əliləm və 2 əlil uşaq da mənim himayəmdədir. 2007-ci ildən ev növbəsində olan gözdən əlilə hər dəfə ona ev veriləcəyi barədə söz verirlər. Telman Tağıyev uzun müddət Ombudsman Elmira Süleymanovaya və Şəmkir RİH-nin başçısı Nazim Veysova müraciət edəndən sonra söz veriblər ki, 2013-cü ildə tikiləcək evdə ona və himayəsində olan 2 əlil uşağa mənzil veriləcək. Ancaq bina istifadəyə veriləndə Nazim Veysov sözünə əməl eləməyib. Nazim Veysov Telman Tağıyevə deyib ki, mən gözdən əlillərə mənzil vermirəm. Hazırda ailə başçısı və 2 uşaq qonşuların, qohumların evində gecələyir. Və ailə başçısı ölkə başçısından kömək istəyir. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |