Əsas Səhifə > Güney Press / Ana xəbər > Adı olub, özü olmayan partiyalar
Adı olub, özü olmayan partiyalar3-09-2014, 11:59 |
![]() Azərbaycanda bu günə qədər 55 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 9 milyondan bir qədər çox vətəndaşı olan bir ölkədə 55 siyasi partiyanın aktiv siyasi fəaliyyət göstərməsi mümkün olmadığı kimi bu partiyaların çoxunun adı var, özü isə tarixə qovuşub. Onlar hansı partiyalardır? AzVision.az mövzu ilə bağlı araşdırma aparıb. İlk öncə siyasi partiyaların qeydiyyata alınma proseduruna diqqət yetirək. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanuna görə, partiya yaratmaq istəyən şəxs ilk öncə Ədliyyə Nazirliyinə müraciət etməlidir. Partiyanın qeydə alınması üçün azı 1000 Azərbaycan vətəndaşı onun üzvü olmalıdır. Siyasi partiyanın təsis olunduğu gündən bir ay müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət olunur. Qanunun bu imkanlarından yararlanan 55 partiya qeydiyyatdan keçə bilib. Buna baxmayaraq onlardan yalnız bir qismi prezident, parlament və bələdiyyə seçkilərində iştirak edir, ölkədəki ictimai-siyasi proseslərə qatılır, bəzən də müxtəlif aksiya və tədbirlər keçirir, eləcə də öz varlıqlarını qiyabi də olsa nümayiş etdirə bilirlər. Başqa sözlə desək, 55 partiyanın yalnız bir hissəsi aktiv siyasətlə məşğuldur. Aktiv siyasi fəaliyyəti ilə fərqlənən partiyalara ayrı-ayrılıqda nəzər salsaq ilk olaraq hakim Yeni Azərbaycan Partiyasının adını çəkmək olar. YAP 5 dəfə prezident seçkilərində, 4 dəfə parlament seçkilərində və 3 dəfə isə bələdiyyə seçkilərində qalib gəlib. Parlamentdə təmsil olunan yeganə partiya YAP deyil. Bundan başqa 10 partiyanın nümayəndəsi Milli Məclisdə mandat alıb. Həmin partiyalar bunlardır: Demokratik İslahatlar Partiyası (Asim Mollazadə) Böyük Quruluş Partiyası (Fazil Mustafa) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (Qüdrət Həsənquliyev) Ana Vətən Partiyası (Fəzail Ağamalı) Vətəndaş Həmrəyliyi Partiyası (Sabir Rüstəmxanlı) Milli Diçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev) Vətəndaş Birliyi Partiyası (Sabir Hacıyev) Ümid Partiyası (İqbal Ağazadə) Azərbaycan Sosial Rifah Partiyası (Xanhüseyn Kazımlı) Ədalət Partiyası (İlyas İsmayılov) Adlarını çəkdiyimiz bu partiyaların əksəriyyətinin siyasi bazası olduqca zəifdir. Qeyd olunan əksər partiyaların sədrlərindən başqa müavin və digər funkisionerləri cəmiyyətdə bir o qədər tanınmırlar. Bəzi partiyaların fəaliyyəti parlament çərçivəsində qurulduğundan siyasi proseslərdə aktivliyi ilə seçilmirlər. Radikal müxalifətdə təmsil olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi fəaliyyəti daha çox mətbuat səhifələrində, sosial şəbəkələrdə hiss olunur. Hərçəndki onların fəaliyyəti hakim partiyanın kölgəsində qalır. Siyasi arenada bəzi partiyalarda var ki, onları dəstəkləyən məhdud bir çevəsi var. Yəni, bir sədri, bir müavini, bir də portlefi olan partiyalar... Azərbaycan Kommunist Partiyası Azərbaycan Liberal Partiyası Azərbaycan Sosial Demokrat Partiyası Azərbaycan Xalq Partiyası Klassik Xalq Cəbhəsi Partiyası Vətəndaş və İnkişaf Partiyası Aydınlar Partiyası Azərbaycan Demokrat Partiyası Müasir Müsavat Partiyası Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Liberal Partiyası Azadlıq Partiyası Vətəndaş və İnkişaf Partiyası Azad demokratlar partiyası Yerdə qalan partiyaların adı olsa da mətbuat səhifələrində onların fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Onların böyük qisminin isə nə internet səhifəsi var, nə də Vikipediada məlumat. Məsələn, Vahid Azərbaycan Milli Birlik Partiyası haqqında mətbuatda son məlumat 2008-ci il parlament seçkiləri ərəfəsinə təsadüf edir. Ondan sonra isə partiyanın fəaliyyəti gözə dəymir. Digər bir partiya – Vəhdət Partiyası da passivlər sırasındadır. Sədr Tahir Kərimli müəyyən vaxtlarda mətbuatda görünsə də Vəhdət Partiyası fəaliyyəti ilə gündəmə gələ bilmir. Dirçəliş və Tərəqqi Partiyası, Kəndli Partiyası, Qorqud Partiyası və s. bu kimi partiyaların fəaliyyəti isə ümumiyyətlə gözə dəymir. Onların nə internet sayı var, nə Vikipediada məlumat var, nə də ki, mətbuat səhifələrində yer alırlar. Yeni Demokratiya Partiyasının isə blogu olsa da burada yalnız partiyanın nizamnaməsi və buraya üzvlük haqqında məlumatlar olsa da YDP-nin fəaliyyəti mətbuatda gözə dəymir. Parlament və prezident seçkilərində də iştirak etməyən bu partiyanı da fəaliyyətsiz partiya saymaq olar. Siyasətdə aktiv iştirak etməyən partiyalara aşağıdakıları misal çəkmək olar: Azərbaycan Dünyəvi (Bozqurd) Partiyası Dirçəliş və Tərəqqi Partiyası Xalq Demokratik Partiyası Milli Demokrat İdrak Partiyası Kəndli Partiyası Birlik Partiyası Vahid Azərbaycan Milli Birlik Partiyası Vahid Azərbaycan Partiyası Demokratik Azərbaycan Dünyası Partiyası Müstəqil Azərbaycan Partiyası Milli Qurtuluş Partiyası Yurddaş Partiyası Qorqud Partiyası Milli Hərəkat Partiyası Milli Dövlətçilik Partiyası Vətənpərvərlər Partiyası Demokratik Sahibkarlar Partiyası Azərbaycan Naminə Alyans Partiyası Demokratik Maarifçilik Partiyası Vahid Kommunist Partiyası Sosial Ədalət Partiyası Milli Konqres Partiyası Vəhdət Partiyası Respublikaçılar Partiyası Liberal Demokrat Partiyası Mübarizlər Partiyası Milli Vəhdət Partiyası Azad Respublikaçılar Partiyası Tərəqqi Partiyası Böyük Azərbaycan Partiyası Təkamül Partiyası Vətəndaş Birliyi Partiyası Aydınlar Partiyası Yeni Nəsil Azərbaycan Kommunist Partiyası Geri qayıt |