Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıtın icra başçısı yas mərasimlərinə birdəfəlik qadağa qoydu
Sumqayıtın icra başçısı yas mərasimlərinə birdəfəlik qadağa qoydu1-09-2014, 13:33 |
![]() Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyub. Bu barədə AzVision.az-a şəhər icra hakimiyyətindən məlumat verilib. Bildirilir ki, Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb. Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib. İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək. Geri qayıt |