Əsas Səhifə > Güney Press / Ana xəbər > ZaminBank VİP müştərisinə 250 min dollarlıq kart hədiyyə edib
ZaminBank VİP müştərisinə 250 min dollarlıq kart hədiyyə edib1-09-2014, 12:21 |
|
Azərbaycanda ZaminBank bankının əməkdaşları özlərinin daimi müştərisiə qızıldan hazırlanan və üzəri bahalı daş-qaşlarla bəzədilən bank kartı hədiyyə ediblər. Qiyməti 250 min dollar olan kart dünyanın ən bahalısı sayılır. Visa.com bildirir ki, 750 prob qızıldan və üzərində 137 brilliant olan eksklüziv bank kartının üzərinə həm də lazurit, firuzə, qırmızı və qara yəşəm daşı, sədəf kimi qiymətli dlaşlardan bəzək vurulub. Bu, dünyada zərgərlik sənət nümunəsinə çevrilən ilk qiymətli kartdır. Bank bu qiymətli hədiyyə ilə adı gizli saxlanılan VİP müştərisinə təşəkkür və hörmətini ifadə edib. ZaminBank-ın əməkdaşının bildirdiyinə görə, kart vahid nüsxədə çap edilib və ödəmə əməliyyatları üçün EMV-çiplə təchiz olunub. Əlbəttə, sözügedən kartla pul çıxarmaq mümkün deyil, bu səbəbdən karta dünyada ən prestijli sayılan Visa İnfinite kartı əlavə edilib. Visa Infinite Exclusive kartının sahibi bundan başqa, bütün dünyada Visa Luxury Hotels Collection-a daxil olan dünyanın ən yaxşı mehmanxana və klublarında, xüsusi təkliflər və güzəştlər əldə edir. Bundan başqa, kart sahibinə hava limanlarında prioritet qeydiyyat və lüks markalı avtomobillərin alınmasında endirim imkanı əldə edir, həmçinin avtomatik həyat sığortası üçün xüsusi proqramın iştirakçısı olur. İddiaya görə, kartın sahibi MDB məkanında ən nəhəng oliqarxlardan sayılan azərbaycan əsilli şəxsdir.haqqın.az Geri qayıt |