Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş deputat qudurğan məmur övladlarını topa tutdu
Keçmiş deputat qudurğan məmur övladlarını topa tutdu29-08-2014, 12:44 |
![]() “O məmur ki, Prezidentdən örnək götürmür, vəzifəyə xalqa xidmət vasitəsi yox, şəxsi əmlakı kimi baxır, həmin məmurun cənab Prezidentin də söylədiyi kimi, vəzifədə qalmağa mənəvi haqqı yoxdur”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Anar Axundzadə söyləyib. Onun sözlərinə görə, hər bir övlad ailənin güzgüsüdür və xalqı narazı salan məmur övladları bu yolla həm də ailəsini nüfuzdan salırlar: “İlham Əliyev bütün mənalarda nümunəvi şəxsiyyətdir. O, alicənablığı, təvazökarlığı, ən böyük postda olmasına baxmayaraq, sadəliyi ilə nümunəvi liderdir. Bu üzdən haqlı olaraq məmurlardan xalqa ləyaqətlə xidmət etməyi, təvazökar olmağı tələb edir. Məmur müxtəlif sahələrə rəhbərlik etməklə yanaşı, həm də nümunəvi ailə başçısı olmalıdır. Bu mənada da onlar cənab Prezidentdən örnək götürməlidir. Müxtəlif vəzifələrdə olan məmur övladları çalışmalıdır ki, öz valideyninə başucalığı gətirsinlər. Əks halda mənəvi zərbəni təkcə özlərinə deyil, həm də valideynlərinə vurmuş olacaqlar. Təəssüf ki, bu gün Azərbaycanda məmur adına ləkə gətirən, valideynlərini nüfuzdan salan məmur övladları mövcuddur. Lakin pessimist ovqata da köklənməyə dəyməz. Nəzərə almaq lazımdır ki, nümunəvi məmur övladları da var və onlar nəinki ailəsinə, həm də bütövlükdə cəmiyyətə ləyaqətlə xidmət göstərirlər”. Geri qayıt |