Əsas Səhifə > Güney Press / Ana xəbər > Nazirlər Kabinetindən Milli Qəhrəmanlarla bağlı şok qərar…
Nazirlər Kabinetindən Milli Qəhrəmanlarla bağlı şok qərar…27-08-2014, 13:45 |
![]() Prezidentin və ölkənin birinci xanımının dünən təmirdən sonra açılışını etdikləri 23 saylı orta məktəblə bağlı qalmaqal yaranıb. Belə ki, həmin məktəb şəhid Milli Qəhrəmanın adına olsa da təmirdən sonra Nazirlər Kabinetinin 218 saylı qərarı ilə bu ad məktəbdən götürülüb. Şəhidin anası Qalibə xanım isə bu qərara etiraz edir və Moderator.az vasitəsilə prezidentə müraciət etdi: "Mən indicə həmin məktəbdən gəlirəm. Direktor kimdir ki, nə deyiblər, onu də eləyib. Direktor mənə qərar da göstərmək istədi, guya axtarıb tapmadı. Mən də dedim ki, axı Nazirlər Kabinetinin bununla bağlı qərarı var. Özü də bu adı Heydər Əliyev 1994-cü ildə şəxsən verib ona. Ulu öndər 1994-cü il sentyabrın 3-də barelyefin açılışına özü gəlmişdi. Direktordan soruşdum ki, bu necə oldu bəs, Heydər Əliyevə hörmət budur? Yalandan orda-burda plakat asmaqla deyil ki, məmurlar Heydər Əliyevə hörmət etmək istəyirlərsə doğrudan hörmət eləsinlər. Direktor da deyir mən kiməm ki, Nazirlər Kabineti belə qərar verib. Direktor həmin qərarı mən tələb edəndə kompüterdə axtardı və sonra dedi ki, onu çıxarıb sizə vermək üçün printerimiz yoxdur. Sadəcə həmin qərarın nömrəsini verdi-03 iyul 2014-cü il 218 saylı qərar. Direktoru ora təzə qoyublar deyə soyadını bilmədim, sadəcə Yuliya İvanovna çağırırlar. Mən prezidentə müraciət etmək istəyirəm ki, 20 il bundan qabaq Sizin atanız Heydər Əliyev gəlib bu barelyefin açılışını edib və şəhid Milli Qəhrəmanın adını verib bu məktəbə. Necə oldu ki, 20 ildən sonra bu yaddan çıxdı? Mən əminəm ki, cənab prezidentə bu barədə düzgün məlumat verməyiblər, yoxsa o heç vaxt bunu etməzdi. Necə ola bilər ki, məktəb təmirə bağlanır və təmirdən sonra Milli Qəhrəmanın adı ordan götürülür? Özü də mənə dedilər ki, təkcə 23 saylı məktəb deyil, 46 saylı məktəbdə də Milli Qəhrəmanın adı götürülüb. Azərbaycanda Milli Qəhrəmanlara hörmət bu idi?” Geri qayıt |