Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputatın marketində dövlətin qanunlarını saya salmırlar

Deputatın marketində dövlətin qanunlarını saya salmırlar


27-08-2014, 13:26
Deputatın marketində dövlətin qanunlarını saya salmırlar
В«FavoritВ» marketlər şəbəkəsində spirtli içkilərin satışı həyata keçirilir. Lakin spirtli içkilərin heç də hamısı Azərbaycanın gömrük qanunları ilə ölkəyə idxal edilməyib. GUNDEMİNFO.AZ-a daxil olan ilginc məlumatlara əsasən bu marketlərdə Almaniya, Çexiya, Böyük Britaniya istehsal olan bahalı içkilər satılır. Lakin satışa çıxarılan içkilərin üzərində heç bir rəsmi idxal sənədi olan aksiz markaları yoxdur. Maraqlıdır ki, bu fakt В«FavoritВ» marketlərində aylardır ki, davam edir. Və aksizsiz içkilərin satışına kimlərin və hansı səbəbdən göz yumduğu bəlli deyil.

Qeyd edək ki, В«FavoritВ» marketlər şəbəkəsinin millət vəkili Hacı Madər Musayevə məxsus olduğu söylənilir. GUNDEMİNFO.AZ xatırladır ki, deputat bu yaxınlarda mətbuata verdiyi açıqlamasında marketlərin ona yox, qohumuna məxsus olduğunu bildirib.

Geri qayıt