Əsas Səhifə > Güney Press / Ana xəbər > Xalaoğlu məmurların pul üstündə araları dəydi

Xalaoğlu məmurların pul üstündə araları dəydi


16-08-2014, 14:55
Xalaoğlu məmurların pul üstündə araları dəydi
İmşlidəki qaynaqlardan infom.az-a daxil olan məlumata görə, Rayon Təhsil şöbəsinin müdiri Ramiz Əmirovla maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun arasında narazlıq yaranıb.

Qeyd edək ki, adı çəkilən şəxslər xala oğludurlar.

Onların bir-birindən incik düşməsinin səbəbkarı rayon sakini Abdullayev Rafiq İbad oğlu olub.

Rafiq Abdullayev Təhsil şöbəsinin müdürü ilə sövdələşərək ondan 45800 manat pul alıb ki, guya, rayon məktəbliləri üçün ucuz qiymətə geyim forması gətirəcək.

Söyləntiyə görə, pul Rafiq Abdullayevin hesabına daxil olandan sonra vəsaitin 30 faizi nəğd şəkilində xala oğullarına çatasıymış. Amma adam pulu alandan sonra yağlı əppək olub göyə çəkilib.

İndi nəinki faiz, heç məktəb geyimindən də söhbət açan yoxdur.

Bildirilir ki, Rafiq Abdulayevin bu əməliyyatda iştirakını yuxarıdan tələb ediblər. Ona bu qədər arxayınlıq da elə həmin tapşırdan irəli gəlib.

Maraqlı məqamlardan biri də budur ki, ötən il də buna oxşar maliyyə əməliyyatı baş verib.

Həmin əməliyyat zamanı tərtib olunan sənədlərdə Abdullayeva Nuriyə İbad qızının, yəni, Rafiq müəllimin bacısının adı keçir.

Həmin sənədlərdə 70 min manatlıq məktəbli formasının alınıb şagirdlərə pulsuz paylanlması qeyd olunsa da İmişli məktəblilərindən və valideyinlərdən bu fakti təsdiqləyən olmadı.

Vallah, türklər demişkən “burası sözün bitdiyi yerdir”. İctimaiyyət mətbuat vasitəsiylə belə neqativ halları qabartmaqdan yoruldu, amma tədbir görən yoxdur ki, yoxdur.

P.S Yəqin, bu yazıdan sonra iki xala oğlu birləşib öz əməllərini ört basdır etmək üçün mətbuata hücuma keçəcəklər. Axı, İmşlinin adət -ənənəsinə Vilyam qağa təzə əlavələr gətirib. Bunlardan biri də rayon haqqında yazanları məhkəməyə verməkdir.

Geri qayıt