Əsas Səhifə > Güney Press / Ana xəbər > Heydər Əsədovun boş saxladığı vəzifələr var

Heydər Əsədovun boş saxladığı vəzifələr var


16-08-2014, 13:01
Heydər Əsədovun boş saxladığı vəzifələr var
Apardığımız müşahidələr zamanı görürük ki, dövlət qurumlarında müxtəlif vəzifələr aylarla, bəzən illərlə boş qalır. Sanki elə belə də olmalıdır. Əgər bu vəzifələrə həqiqətən ehtiyac yoxdursa, niyə dövlətin vəsaiti göyə sovrulur, daha doğrusu kimlərinsə ciblərinə gedir. Yox, əgər bu vəzifələrə ciddi ehtiyac varsa, necə ola bilər ki, bu ştatlar aylarla, illərlə boş qala bilər. Bu həm də onu göstərir ki, müxtəlif dövlət qurumları öz strukturlarını başdansovdu, yəni heç bir ciddi əsaslandırma olmadan formalaşdırıb Nazirlər Kabinetinin təsdiqinə göndərirlər.
Bu məsələdə diqqətimizi cəlb edən bir neçə dövlət qurumu haqqında yazmaq barədə düşünürük.
İlk növbədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən (DFNX )bəhs etmək istəyirik.
Bu Xidmətin rəisi Məmmədəli Dünyamalıyevdir. Onun müavini Nazim Quliyev az qala bir ilə yaxındır ki, vəzifəsindən azad edilib. Ancaq rəis müavini yeri boş saxlanılıb. Məqsəd nədir? Axı, bu mühüm vəzifədir. Bu vəzifə uzun müddət necə boş qala bilər?
Yaxud DFNX-nin mətbuat xidmətinin katibi vəzifəsi..
DFNX 2 ilə yaxındır ki, mətbuat katibi olmadan işləyir. Əvvəllər bu vəzifəni Bəhmən Hüseynov yerinə yetirib. Ancaq 2 ilə yaxındır ki, Bəhmən müəllim Xidmətin Kadr sektorunun müdiridir. Mətbuat katibi vəzifəsi isə boş qalıb. Məhz bu səbəbdəndir ki, bu Dövlət Xidməti ilə bağlı heç bir məlumat əldə etmək olmur.
Uzun müddətdir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini vəzifəsi də boş qalıb. Məlumat üçün qeyd edək ki, əvvəllər bu vəzifəni keçmiş kənd təsərrüfatı nazirinin yaxın qohumu Cavid Hadıyev daşıyırdı. Hazırda mühüm vəzifə olan Xidmətin rəis müavini vəzifəsi də boşdur.
Növbəti yazıda digər dövlət qurumlarında boş qalan vəzifələrdən bəhs edəcəyik.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

Geri qayıt