Əsas Səhifə > Güney Press / Ana xəbər > Putin Krım türklərinin liderinin oğlunu girov götürdü
Putin Krım türklərinin liderinin oğlunu girov götürdü16-08-2014, 12:34 |
![]() Krım türklərinin lideri Mustafa Krımoğlu Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən təhdid olunduğunu bildirib. Avropa.info-nun verdiyi xəbərə görə, onunla görüşən Putinin vasitəçiləri Krımoğluna Putinlə görüşmək təklifi ediblər və bildiriblər ki, görüşdə baş tutacaq hər hansısa razılıqdan sonra, onun oğlunun gələcəyinə aydınlıq gələcək. Qeyd edək ki, Krım türklərinin liderinin oğlu hazırda saxta ittihamlarla həbs olunub və onun məhkəməsi davam edir. Putin də bundan istifadə edərək Krımoğluna oğlu vasitəsi ilə təzyiq edir. M.Krımoğlunun sözlərinə görə, onun oğlu hazırda Putin tərəfindən girov saxlanılır. Məqsəd isə Krımoğlunu özlərinə tabe etməkdi. Geri qayıt |