Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Azərbaycan Boz Qurdları İŞİD-i hədələdi - Kərkükdə soydaşlarımızın xilası naminə savaşa hazırıq

Azərbaycan Boz Qurdları İŞİD-i hədələdi - Kərkükdə soydaşlarımızın xilası naminə savaşa hazırıq


14-08-2014, 16:22
Azərbaycan Boz Qurdları İŞİD-i hədələdi - Kərkükdə soydaşlarımızın xilası naminə savaşa hazırıq
DİA.AZ: - Son günlər Şimali İraq adlanan tarixi Azərbaycan torpaqlarında soydaşlarımızın İŞİD terrorçuları tərəfindən qətlə yetirilməsi kütləvi xarakter alıb. Bu isə təbii ki, bütün Türk Dünyasında, xüsusən isə Azərbaycanda böyük narahatçılıqla müşaiyət olunmaqdadır.

DİA.AZ-a açıqlama verən Azərbaycanın keçmiş Boz Qurd Bataloyunun sabiq komandiri Nurəddin Xoca bildirib ki, bu gün Qarabağda əgər atəşkəs sazişi təzələnirsə və bizə ehtiyac yaranmırsa, biz Kərkükdə, Mosulda Azərbaycan türklərini vəhşicəsinə qətlə yetirən İŞİD terrorçularına qarşı vuruşmağa hazırıq:

В«Bizim üçün Kərkük, Mosul da Azərbaycandır. Orda da qətlə yetirilənlər bizim millətimizdəndir, bizdən biridir. Və biz borcluyuq ki, ordakı soydaşlarımıza sahib çıxaqВ».

Azərbaycan Boz Qurdları İŞİD-i hədələdi - Kərkükdə soydaşlarımızın xilası naminə savaşa hazırıq

Nurəddin Xoca daha sonra diaaz.space-a açıqlamasında bildirdi ki, nədən bu gün Suriyaya, Şimali İraqa azərbaycanlı vəhabilər absurd ideyalarla yüklənərək vuruşmağa gedir, amma biz millətimizin müdafiəsi üçün getməli deyilik?: В«Sadəcə, bəzi ağzıgöyçəklər deyə bilər ki, sələfilər, vəhabilər özləri gedir. Siz nədən icazə istəyirsiniz? Biz icazə istəmirik. Məlumdur ki, bu gün vəhabiləri Suriaya, İraqa yollayan ərəb dövlətləri var. Yəni ən azından maliyyə məsələsi baxımından problem var. Və bu bir faktdır ki, bu gün Azərbaycanda millətçilər ən kəsab təbəqədir və bizim üçün yolpulu ciddi problemdir. Odur ki, biz Azərbaycan Boz Qurdları olaraq İŞİD-ə qarşı savaşa hazır olduğumuzu bəyan edirik, bu yöndə yetkili şəxslərdən dəstək istəyirikВ».

Geri qayıt