Əsas Səhifə > Güney Press / Ana xəbər > Gürcüstandakı soydaşlarımıza qarşı diskriminasiya siyasəti

Gürcüstandakı soydaşlarımıza qarşı diskriminasiya siyasəti


14-08-2014, 10:28
Gürcüstandakı soydaşlarımıza qarşı diskriminasiya siyasəti
Moderator.az-ın Gürcüstanda olan əməkdaşı Tiflisdə, Qarayazı və Borçalı mahallarında olaraq Gürcüstan türklərinin bəzi diqqətçəkən qayğılarını öyrənməyə çalışıb.
Əhali ilə təmaslardan bəlli olub ki, son dönəmlərdə kəndliyə ili 3%-lə kredit verilməsi ölkədə müsbət addım kimi qarşılansa da, ümumilikdə torpaq islahatından sonrakı durum kənd təsərrüfatı ilə məşğul olan soydaşlarımızı ciddi narahat etməkdədir. Belə ki, dövlət torpaqlarının özəlləşməsi dönəmində yerli sakinlərə verilməli olan əlavə torpaqlar gürcülər tərəfindən özəlləşdirilərək, sonra da soydaşlarımıza icarəyə verilib:
- “Niyə bizim yaşadığımız kəndin ətrafındakı sahələri haradansa (kənardan) bir gürcü gəlib özəlləşdirməli, biz isə ondan asılı olaraq icarə formasında öz dədə-baba torpaqlarımızı becərməliyik?..”
Başqa sözlə, soydaşlarımız bu yanaşmanı özlərinə qarşı pərdəli də olsa, milli sıxışdırma siyasəti olaraq qəbul edirlər.
Diğər bir xoşagəlməz məsələ isə, Gürcüstanda demokratiya və xalq hakimiyyətinin bərqərar olduğundan dəm vurulmasına baxmayaraq, 1992-1993-cü illərdə əsassız və qanunsuz olaraq dəyişdirilmiş (gürcüləşdirilmiş) bəzi türk mənşəli yer adlarının hələ də bərpa edilməməsi və hətta belə bir niyyətin də ortada olmamasıdır.
Azərbaycanın Gürcüstana böyük məbləğlərdə yatırım qoyaraq iqtisadiyatının inkişafına təkan verməsi ilə yanaşı, oradakı bəzi ermənipərəst və ya gürcü millətçiliyinin təsiri altında olan dairələrin qeyri-səmimi siyasəti sonucunda yuxarıda sadalanan məsələlərin öz çözümünü tapmaması, doğrudan da, parodoksal haldır.
Bu kimi təəssüf doğuran gerçəkliklər də, nə yazıq ki, azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasını əngəlləyən amillərə çevrilir.

Geri qayıt