Əsas Səhifə > Güney Press / Ana xəbər > Qobustanın baş maliyyədarını kimsə durdura bilmir
Qobustanın baş maliyyədarını kimsə durdura bilmir13-08-2014, 17:54 |
|
Qobustan rayonu üzrə Maliyyə İdarəsindən təşkilatlara çətinlik yaradılır. Redaksiyaya daxil olan məlumatda iddia edilir ki,səbəb kimi rayon Maliyyə İdarəsinin rəisinin təşkilat rəhbərlərindən pul istəməsidir. İddialara görə, hər ayın axırında aylıq məvaciblərlə bağlı ayrılan dövlət vəsaitindən ən azı 10% idarə rəisinə rüşvət formasında verilməlidir. Hansı büdcə təşkilatının aylıq dövriyyəsi çoxdur, həmin təşkilatın rəhbəri ayrılan vəsaitin 8%-ni maliyyədə saxlamalıdır. Bütün bunlar Qobustan rayonu üzrə Maliyyə İdarəsinin rəisi tərəfindən yazılmamış qanundur. Hansı təşkilatın rəhbəri vaxtında əmək haqqı, təmir, təşkilati avadanlıqlarının alınmasını istəyirsə, mütləqdir ki, ayrılan vəsaitin 12%-ni idarə rəisinə. Əks təqdirdə, get-gəl, süründürməçilik kimi birokratik əngəl ilə üz-üzə qalmalıdır. Hazırda bu şəkildə işləyə bilməyəcək idarə rəhbərləri hesab edirlər ki, maliyyədə saxlanılan 10% vəsaitin 120-150 manat məvacib alan işçidən saxlanılması mümkünsüzdür. Digər tərəfdən, məvaciblərin kart sisteminə keçməsi təmin olunub. Heç kimə demək olmaz ki, məvacibindən 10% geri ver. Hətta, məsələ o həddə çatıb ki, istənilən təşkilata təmir üçün ayrılan vəsaitin verilməsində güzəşt yoxdur. Mütləqdir ki, 12%-indən keçəsən. Belə hallara görə işləmək mümkün deyil. Rayonda neçə belə təşkilat rəhbəri məsuliyyətdən yan olmaq üçün işini itirib. Rayon Maliyyə İdarəsinin rəisi isə neçə illərdir ki, bu kimi qanuna zidd əməllərini davam etdirir. Onun bu hərəkətlərinə isə “dur” deyən tapılmır. Korrupsiyaya qarşı mübarizə kimin üçün aparılır, niyə bunun fərqinə varılmır? Görünən odur ki, idarə rəisi işləyir. Redaksiya olaraq iddialarla bağlı qarşı tərəfində mövqeini dərc etməyə hazırıq. /veteninfo.az/ Geri qayıt |