Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısının 1 milyonluq В«dam örtüyüВ» korrupsiyası
İcra başçısının 1 milyonluq В«dam örtüyüВ» korrupsiyası13-08-2014, 11:50 |
![]() Daşkəsəninin icra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsən şəhərində evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat В«siliblərВ» Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını В«yuyurlarВ» Bu barədə Daşkəsəndən daxil olan məlumatda bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örütklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib. Bildirilir ki, 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun В«VüselВ» şirkətinə verilib. Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib. Daxil olan məlumata əsasən ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəqdləşdirərək götürüb. Qalan vəsait isə В«VüselВ» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb. Mənbə bildirir ki, ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib. Məlumatda qeyd olunur ki, hazırda rayon mərkəzində yalnız İcra Hakimiyyətinin binasının təmiri başa çatmaq üzrədir. İnzibati binanın tikintisini və təmirini isə yenə də В«VüselВ» şirkəti həyata keçirilir. Rayonnun daxili büdsəsi hesabına tikilən İcra Hakimiyyəinin binasına 4,2 milyon manat vəsait ayrılasa da, görülən işlər heç də bu vəsaiti əhatə edəcək səviyyədə deyil. Bildirilir ki, icra başçısıs Əhəd Abıyev vaxtının çox hissəsini Bakı şəhərində keçirtdiyi üçün inzibati binanın tikintisinə və təmirinə nəzarəti müavini Namqi Süleymanov həyata keçirir. Daşkəsəndə hər kəs bilir ki, Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını В«yuyurlarВ» Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib. Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib. Rayondakı mənbənin verdiyi verdiyi məlumata görə 13 milyon manata tikilən yolun bəzi hissələri artıq dağılmağa başlayıb. Halbuki yolun lahiyyəsində dağılmamaq müddəti ən azı 15 il hesablanıb. Ancaq Əhəd Abıyevlə Tahir Hüseynov “cütlüyünün” çəkdikləri Zağal-Kollu-Çıraqlı kəndlər arası yolunun ömrü belə getsə heç 3 il də çəkməyəcək. Qeyd edək ki, Daşkəsən rayonunda həyata keçirilən abadlaşdırma maxinasiyaları ilə bağlı yaxın günlərdə oxucularımıza daha ciddi məlumatlar təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Qarşı təərfin mövqeyini verməyə hazırırq… Pia.az Geri qayıt |