Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycan kürdləri Qarabağ uğrunda savaşmağa hazırdır

Azərbaycan kürdləri Qarabağ uğrunda savaşmağa hazırdır


11-08-2014, 13:09
Azərbaycan kürdləri Qarabağ uğrunda savaşmağa hazırdır
“ROJHAT” Azərbaycan Kürd Gənclər Təşkilatı cəbhə xəttində son günlər yaşanan hadisələrlə bağlı tədbir keçirib.
Avrasiya.net-in məlumatına görə, tədbirdə ilk öncə bir neçə gün bundan əvvəl şəhid olmuş əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Xocalıda və diğər bölğələrdə şəhid olmuş bütün soaydaşlarımızın ruhuna dualar oxunub. Tədbiri giriş sözü ilə açan təşkilat sədri Nicat Cəbrayılov öncəliklə şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyib və bu yaxınlarda öz doğulduqları torpaqları görmək üçün təmas xəttini keçdikdən sonra ermənilərə əsir düşən azərbaycanlılardan danışıb. Bizim də onlar kimi bağrımız vətən həsrəti ilə yanıb odlanır. Artıq Ali Baş Komandan cənab İlham Əliyevdən bir gənc olaraq əmr gözləyirik. Artıq bu ikiüzlü siyasət yeridən, bəzi büyük dövlətlərin əlində oyuncağa çevrilib, sifarişli hərəkətlər edən Ermənistanın bu siyasətindən cana doyduq. Biz torpaqlarımızın azadlığı uğrunda qanımızın son damlasına qədər vuruşmağa hazırıq. Bizim cihad yerimiz Qarabağdır söyləyən Nicat Cəbrayılov gənclərdə vuruşmaq üçün böyük ruh yüksəkliyi və səbrsizliyin olduğunu söyləyib. Tədbirdə çıxış edən ağsaqqallar və gənclər də Nicat Cəbrayılovun şıxışını dəstəklədilər və onunla həmfikir olduğlarını söyləyiblər.

Azərbaycan kürdləri Qarabağ uğrunda savaşmağa hazırdır

Geri qayıt