Əsas Səhifə > Güney Press / Ana xəbər > Mikayıl Cabbarovun nümayəndəsi pul yığımına başladı

Mikayıl Cabbarovun nümayəndəsi pul yığımına başladı


7-08-2014, 13:45
Mikayıl Cabbarovun nümayəndəsi pul yığımına başladı
Alı Qocayevin rayondakı əsas korrupsyia ortaqlarından biri olan rayon təhsil şöbəsinin müdiri Gülağa Abbasov hər bir direktordan 1000 manat istəyib

Samux rayon təhsil şöbəsinin müdiri Gülağa Abbasov yeni yaradılan Gəncə Regional Təhsil İdarəsinin adına məktəb direktorlarından pul tələb edir.

Samux rayonundan PİA.AZ-a ünvanlanan şikayətdə adının açıqlamasını istəməyən məktəb direktorlarından biri bildirir ki, rayon təhsil şöbəsinin müdiri Gülağa Abbasov onlarda yeni yaradılan Gəncə Regional Təhsil İdarəsinin adına 1000 manat pul tələb edir. Qeyd edək ki, Samuxda 35 məktəb fəaliyyət gösərir və məlumatda bildirilir ki, təhsil şöbəsinin müdiri istisnasız bütün məktəb direktorlarından bu məbləği tələb edir. Məlumatda qeyd olunur ki, şöbə müdirin tələb olunan vəsaiti özü üçün topladığı istisna olunmur. Çünki yeni yaradılan strukturda Gülağa Abbasovun yer alması nə qədər imkansız görünsə də, Gülağa Abbasovun məktəb direktorlarından topladığı vəsaitlə yeni formalaşdırılan regional idarədə öz yerini qoruyub saxlamağa cəhd göstərir.

Qeyd edək ki, bu ilin iyul ayında təhsil naziri Mikayıl Cabbarov Goranboyda keçirilən zona müşavirəsində Gülağa Abbasova töhmət elan edib. Nazir həmçinin həmin müşairədə Samux rayon Sərkər kənd tam orta məktəbinin direkoru Esmira Həsənovanı vəzifədən çıxarıb.

PİA.AZ-a daxil olan məlukmatda bildirilir ki, Gülağa Hüseynov işdə yol verdiyi 2011-ci ildə Sərkər kənd orta məktəbinin direktoru vəzifəsindən keçmiş şöbə müdiri tərəfindən işdən çıxarılıb. Alı Qocayev Samux rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra isə 2012-ci ildə ciddi nöqsanlara işdən qovulmuş şəxsi rayon təhsil şöbəsinin müdiri vəzifəsinə gətirib. Buna görə Gülağa Hüseynovun 50 min manat В«xərcВ» çəkdiyi qeyd olunur. Gülağa Hüseynov isə öz növbəsində özünə yaxın olan Esmira Həsənovanı Sərkər kənd tam orta məktəbinin direkoru vəzifəsinə təyin edib. Nazir Mikayıl Cabbarov isə bu ilin iyun ayında işdə yol verdikləri ciddi nöqsanlara görə direktor xanımı işdən azad edib, şöbə müdirinə isə töhmət elani edib.

Daxil olan məlumatda göstərilir ki, əslində Gülağa Hüseynovun vəzifədə qalmasına görə həm rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin, həm də Milli Məclisin vitse-spikeri Valeh Əsgərovun nazirdən etdiyi xahişlər rol oynayıb. Qeyd olunur ki, Samux rayonundan deputat seçilən Valeh Əsgərovun Gülağa Hüseynovla işgüzar münasibətləri var və Gülağa Hüseynov vitse=spikerin seçkisi zamanı onun əsas təbliğatçılarından biri olub. Hazırda isə Gülağa Hüseynovun hər yerdə Valeh Əsgərovun adından istifadə etdiyi qeyd olunur.

Bildirilir ki, Gülağa Hüseynov hazırda icra başçısı Alı Qosayevə ən yaxın şəxslərdən biri hesab olunur. Belə ki, icra başçısının şöbə müdiri vasitəsi ilə hər ay təhsilə ayrılan vəsaitlərin bir hissisini В«sildiyiВ»
bildirilir. Qeyd olunur ki, icra başçısı ilə şöbə müdiri təkcə şişirdilmiş dərs saatlarından 15 mmin manata qədər dövlət vəsaiti В«silirlərВ».

Qeyd olunur ki, son 2 ildə Samux kənd məktəblərinin cari təmirinə rayon daxili büdcəsindən 800 min manatdan çox vəsait ayrılıb. Həmin vəsaitin 80 faizi Gülağa Hüseynov və Alı Qocayev tərəfindən mənimsənildiyi xatırladılır. Məlumata əsasnə Samuxun Sarıqmış, Burnuqovaq, Salahlı, Füzuli, Seyidlər, Poylu, Füzuli, Yenikənd, Ağasəbəyli, Qovlarsan, Alabaşlı, Qaraarx, Hacalılı kənd orta məktəblərinin binaları və təchizatı bərbad gündə olmala bərabər, dərs davamiyyətləri demək olar ki, yox vəziyyətindədir. Amma sənədlərdə hər il həmin məktəblərin təmir olunduğu və məktəblərə avadanlıq alındığı göstərilir. Bildirilir ki, həmin məktəblərdən birini ziyarət etməklə təmirin və avadanlıq təchizatının hansı səviyyədə olduğunu görmək mümkündür.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt