Əsas Səhifə > Güney Press / Ana xəbər > ““Borçalı” batalyonu yaradıb Qarabağımıza yola düşəcəyik”
““Borçalı” batalyonu yaradıb Qarabağımıza yola düşəcəyik”6-08-2014, 16:54 |
![]() Gürcüstan Naminə Partiyasının sədri, Gürcüstan prezidentliyinə keçmiş namizəd Fazil Əliyev son günlər cəbhə xəttində baş verən məlum hadisələrlə bağlı Avrasiya.net vasitəsilə Gürcüstanda yaşayan soydaşlarımıza müraciət edib. Həmin müraciəti təqdim edirik: Hörmətli Gürcüstanda yaşayan Türk qardaşlarım! Fərqi yoxdur qarapapaq, qıpçak, sak, sünni və ya şiə qardaşlar. Mən son günlər doğma Azərbaycanımıza qarşı mənfur düşmənin törətdiyi təxribatların və bunun nəticəsində körpə balalarımızın şəhid olması xəbərini eşidirəm. Şəhidlərimizin sayı gündən-günə artır. Vaxtilə dünyaya meydan oxuyan millətimiz bu gün gədələrin əlində sanki aciz qalib. 20 ildən artıqdır ki , üzü Xocalıdan bəri ilin elə bir günü yoxdur ki, məğlubiyyət və ya anım günü keçirməyək. Üzü Şah İsmayıl Xətaidən bəri 500 il keçməsinə baxmayaraq torpaqlarımızı itirə-itirə gəlir, hər bir məğlubiyyətlə razılaşıb, cılızlaşırıq. Mən Gürcüstan Türkləri Beynəlxalq Şurasının sədri kimi, Gürcüstanda yaşayan 800 minə yaxın türkə müraciət edirəm. Əgər vəziyyət belə davam edərsə biz dini bir, dili bir olan qan qardaşlarımızın yanında olmalı, lazım gəlsə hər dəqiqə səfərbər olmaqla şəhid balalarımızın qisasını almağa və hər qarış Azərbaycan torpağı uğrunda savaş aparmağa hazır olmalıyıq. Düşmən anlamalıdır ki, bütün dunya türkləri şəhidlərimizin qanının onlara bağışlamayacaq və bunun qisasını alacağıq, fərqi yoxdur Qarabağdamı, yada ki, ondan uzaqlardamı. Bütün Borcalı türklərindən hər dəqiqə savaşa hazır olmalarını rica edirım, lazım gəldiyi anda təcili könüllülərdən ibarət “Borçalı” batalyonu yaradıb Qarabağımıza yola düşəcəyik. Unutmayın ki, xeyli sayda gürcü qardaşlarımız da bizimlə bərabər qan qardaşlarımızın qisasını almaq ücün Azərbaycana gedib bizimlə çiyin-çiyine vuruşmağa hazırdlar, necə ki biz və bizim babalarımız Gürcüstan torpaqları üçün canlarından keçib gürcü qardaşlarımıza hıyan olublar. Türkün öz sözünu artıq demək zamanı gılibdir… Biz bu gün ayaga galxıb torpaqlarımızı və millətimizi xilas etməsək tarix bizi bağışlamayacaq. Bizim 20-50 il torpaqlarımızı düşmən tapdağında qoymağa, qız və gəlinlərimizi düşmən əlində girov qoymağa, 100 minlərlə qaçqın, məcburi köçkün və s. adını daşımağa mənəvi haqqımız yoxdur. Xocalını beləmi tez unutduq? Bu gün yalnız Qarabağda yox, çox yerdə türkün üzərinə gəlirlər… Bu dəfə birliyimizi, kimliyimizi göstərməyin artiq zamanı çatıb. Məni super dövlətlərin maraqları və ya siyasəti yox, millətimin taleyi və qeyrətimiz düşündürür. Tanrı türkü qorusun! AMIN! Geri qayıt |