Əsas Səhifə > Güney Press / Ana xəbər > Vəhabilərin daha bir biznes mərkəzində yoxlamalar başlayır

Vəhabilərin daha bir biznes mərkəzində yoxlamalar başlayır


6-08-2014, 16:51
Vəhabilərin daha bir biznes mərkəzində yoxlamalar başlayır
Vəhabilərin ölkəmizdəki əsas biznes mərkəzlərindən biri“Polimer Sənaye Park” MMC-də vergi yoxlamlarına start verilir

Son 1 ayda ölkədə vahabi təriqətinə mənsub bir çox şirkətlərə qarşı aparılan yoxlamaların növbəti hədəfi “Polimer Sənaye Park” MMC şirkətidir.

PİA.AZ daxil olan məlumata görə Siyəzən rayonunda yerləşən “Polimer Sənaye Park” MMC şirkətində Vergilər Nazirliyinin yoxlamaları başlayır. Buna səbəb adı çəkilən şirkətin külli miqdarda dövlət vergisindən yayınmasıdır. Lakin yoxlmaların başlanmasına əsas səbəb, bu şirkətin vəhabi iş adamları tərəfindən yönləndirilmməsi olduğu bildirilir. Məlumatda qeyd olunur ki, şirkətdə rəhbər vəzifələrdə çalışanların böyük əksəriyyətini vəhabi təriqətəinə mənsub olanlar təşkil edir.

Qeyd edək ki, “Polimer Sənaye Park“ MMC şirkəti politen tikinti matrealları istehsal və satışı ilə məşğul olur. Bakıda və rayonlarda tikinti işləri aparan şirkətlərin bir çoxu məhz politilen tikinti materiallarnı məhz “Polimer Sənaye Park“ MMC şirkətindən alırlar. Ona görə də şirkətin illik dövriyyəsi milyon manatlarla ölçülür.

Daxil olan məlumata əsasən bir neçə il müddətində şirkətin vergidən yayınması 10 milyon manatdan artıq hesablanır. Mənbə bildirir ki, yoxlamaların nəticələrindən asılı olaraq şirkətdə bir çox məsul şəxslərin həbsi istisna olunmur. Bununla da Azərbaycanda vəhabilərin biznesinə giddi zərbə vurulacağı gözlənilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt