Əsas Səhifə > Güney Press / Ana xəbər > Binəqədi hərbi komissarlığı 17 yaşı olanları da səfərbər edir

Binəqədi hərbi komissarlığı 17 yaşı olanları da səfərbər edir


5-08-2014, 11:06
Binəqədi hərbi komissarlığı 17 yaşı olanları da səfərbər edir
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi Rayon Dövlət İdarəsinin rəisi 17 yaşlı şəxsləri orduya çağırır”. Bizimxeber.az-a daxil olan məlumata görə, dünən axşam saatlarında yaşı 17 olan gənclərin evinə SHXÇ-nin Binəqədi Rayon Dövlət İdarəsinin əməkdaşları tərəfinədn telefon zəngi edilib.
Zəng edənlər bildiriblər ki, gənclər hərbi xidmətə yollanmaq üçün hər an hazır olsunlar. Valideynlərə açıq formada bildirilib ki, 17-40 yaş arasında orduya yararlı olan hər bir kəs hazır olmalıdır və hər an çağırıla bilərlər.
Maraqlıdır, 17 yaşlı gənclərin hərbi xidmətə aparılması hansı qanunla tənzimlənir? Və yaxud əgər bu mümkün deyilsə, o zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi Rayon Dövlət İdarəsinin əməkdaşları gənclərin evinə niyə telefon açıb belə bir məlumat versin? Onlarım məqsədi nədir?
Araşdırmalarımız davam edir…

Geri qayıt