Əsas Səhifə > Güney Press / Ana xəbər > Cəbhə sakinindən alovlu çıxış

Cəbhə sakinindən alovlu çıxış


4-08-2014, 14:47
Cəbhə sakinindən alovlu çıxış
“60 ildir ki, bu kənddəyəm, hələ belə şey görməmişdim”.

Bu sözləri Axar.az-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına Qazax rayonunun Məzəm kənd sakini Süleyman kişi dedi.

Onun sözlərinə görə, vəziyyət normaldır: “Mənim 60 yaşım var. İndiyə kimi belə şey görməmişdim. Ordumuz erməniləri darmadağın edib. Kənddə vəziyyət normaldır”.

Kənd sakininin sözlərinə görə, yayılan informasiyaların heç bir əsası yoxdur: “Guya deyirlər ki, kəndlər boşaldılıb. Yalan məlumatlardır. Hamı öz evindədir. Erməni kimdir ki, biz torpağımızı onlara verək? Ölsək də bu kənddə öləcəyik. Bizim igid generallarımız, hərbçilərimiz var. Nədən qorxmalıyıq?”


Geri qayıt