Əsas Səhifə > Güney Press / Ana xəbər > Mingəçevirdə В«5+В»in sahibindən В«SpaceВ» şefinə vətənpərvərlik dərsi

Mingəçevirdə В«5+В»in sahibindən В«SpaceВ» şefinə vətənpərvərlik dərsi


4-08-2014, 14:34
Mingəçevirdə В«5+В»in sahibindən В«SpaceВ» şefinə vətənpərvərlik dərsi
DİA.AZ: - Qarabağda verdiyimiz itkilərlə bağlı ümumrespublika səviyyəsində matəmin elan edilməsi təklifi səslənsə də, bu qəbul olunmadı. Bildirildi ki, müharibə şəraitində itkilər faciələşdirilmir. Amma buna rəğmən millət yenə də yasını saxladı və saxlamaqdadır.

Təbii ki, Azərbaycanın yerli telekanallarından, xüsusən də В«SpaceВ» kanalından fərqli olaraq. Hələ də bu kanala aid efirdə və radiodalğada oynaq mahnıları eşitmək mümkündür ki, bu da В«SapceВ»nin rəhbəri Vaqif Mustafayevin dünənə qədər yaradılmış В«vətənpərvərВ» görüntüsünün hansı səviyyədə olduğunu tam çılpaqlığı ilə ortaya qoymuş oldu.

Bir daha qeyd edirik ki, amma millət öz şəhidlərinin təziyyəsini saxlayır. Və iki gün əvvəl məlum oldu ki, Gəncədə ailə həyatı quran gənclərimizdən biri öz toyunu təxirə salaraq, şəhidlərimizə ehsan süfrəsi açıb.

Mingəçevirdə В«5+В»in sahibindən В«SpaceВ» şefinə vətənpərvərlik dərsi

Belə nümunələr yetərincədir. DİA.AZ-a Mingəçevirdən verilən məlumatda bildirilir ki, bu şəhərin ən böyük marketi olan В«5+В»da 3 gündür ki, alıcılara qəmli musiqilərin sədası altında xidmət göstərilir. Eyni zamanda market rəhbərliyinin şəhid ailələrinə yardım etməyə hazırlaşdığı da deyilir.

Hər halda, bir iş adamının bu gün belə bir nümunə qoyması kifayət qədər təqdirəlayiq hadisədir.

Millət olduğumuzu belə anlarda hiss edirik…

Geri qayıt