Əsas Səhifə > Güney Press / Ana xəbər > Bu arada Dərbəndi də itirmə təhlükəsi ilə üz-üzəyik
Bu arada Dərbəndi də itirmə təhlükəsi ilə üz-üzəyik2-08-2014, 14:33 |
|
Bir neçə gün öncə Dağıstan prezidenti Ramazan Abdullatipovun qərarı ilə Dərbənd şəhərinin rəhbəri Qurban Qurbanovun vəzifəsindən azad edilməsi barədə məlumat vermişdlik. Məlumatda həmçinin bildirilirdi ki, prezidentin bu qərarına etirəaz edən minlərlə Dərbən sakinləri etiraz aksiyası keçiriblər. Etirazçıların qarşısına çıxan Qurban Qurbanovun qardaşı Maqomed Qurbanov iştirakçılara evlərinə getməyə razı salmışdı. Bu gün isə FaktXəbər-ə Dərbənd sakinləri telefon açaraq bildidilər ki, atrıq Dağıstanın bəzi qəzetləri təxribat xarakterli məlumatlar yayırlar. Həmin məlumatlarda bildirilir ki, guya Ramazan Abdullatipov Dərbənd rəhbərliyinin dəyişdirilməsini Azərbaycan prezidenti İlham Əliyevlə razılaşdırıb. Və Qurban Qurbanovun yerinə Dağıstan Respublikası Ədliyyə Nazirliyinin rəhbəri Azadi Rəhimov gətiriləcək. Dərbənd sakinləri əlavə olaraq bildiriblər ki, Azadi Rəhimov bu günə kimi onların heç bir problemin həllində yaxından iştirak etməyib, hətta heç Azərbaycan dilində belə doğru-düzgün danışa bilmir. Amma Qurban Qurbanov isə atasından sonra 15 ildən artıqdır ki, bizə atalıq qayğısı göstərib, hər bir problemimizdə yaxından iştirak edir. Burda yaşayan azərbaycanlıların uşaqlarının öz ana dilimizdə oxuyub yazması üçün hər cür köməyi göstərir. Hətta uşaqlarımızı azərbaycan dilində oxuyub yazmaları üçün dərsliklərlə təmin edir. Əgər Azadi Rhəimov bizim problemlərimizə bu qədər yaxın hesab edirsə, nəyə görə bu günə kimi qəzetimizin kiril deyil, latın qrafikası ilə dərc olunmasına şərait yaratmayıb. Biz Qurban Qurbanovdan başqa burada bizim qeydimizə qalacaq, problemlərimizlə yaxından tanış olan başqa şəxs tanımırıq. Rəhbərlikdə bir nəfər azərbaycanlı qalıb, onu da uzaqlaşdırmaq istəyirlər. Bütün Dərbənd sakinləri bir nəfər kimi Qurban Qurbanovun yanındadır. В». Qeyd edək ki, Qurban Qurbanov 1998-ci ildən bəri Dərbənd şəhərinə rəhbərlik edir. O, bu vəzifədə 25 il rəhbərlikdə olan atası Seyid Qurbanovu əvəz edib. Geri qayıt |