Əsas Səhifə > Güney Press / Ana xəbər > Qubanın icra başçısı silahlı insidentlə bağlı açıqlama verdi
Qubanın icra başçısı silahlı insidentlə bağlı açıqlama verdi2-08-2014, 14:28 |
![]() Bu gün gecə saatlarında Nabranda silahlı insident olub. ANS PRESS-in məlumatına görə, insident tanınmış istirahət mərkəzində qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisənin qız üstündə baş verdiyi ehtimal olunur. Güllələnilən şəxsin kimliyi hələlik məlum olmasa da hadisəni törədən şəxsin adına aydınlıq gəlib. Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov ANS PRESS-in bölgə müxbirinə açıqlamasında hadisəni törətmiş şəxsin Quba hadisələri ilə əlaqədar məhkum olunmuş şəhər bələdiyyəsinin keçmiş sədri Elxan Əliyevin oğlu olduğu bildirib. Qeyd edək ki, mətbuatda bu hadisəni Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlunun törətdiyi barədə məlumat yayılıb. İcra başçısı bölgə müxbirinə açıqlamasında bu iddianın tamamilə əsasssız olduğunu deyib. O bildirib ki, oğlu hazırda xaricdədir və yayılan məlumatlar həqiqəti əks etdirmir. Geri qayıt |