Əsas Səhifə > Güney Press / Ana xəbər > 1-ci Qarabağ savaşının veteranlarına müraciət

1-ci Qarabağ savaşının veteranlarına müraciət


2-08-2014, 14:13
1-ci Qarabağ savaşının veteranlarına müraciət
Mən В» Boz QurdВ» batalyonunun komandiri, 1 ci Qarabağ savaşından çoxunuzun tanıdığı bir zabit Qarabağ müharibəsi veteranlarına müraciət edirəm. Qardaş və bacılarım, səngər və silah dostlarım. Bilirəm bu gün 90 faiziniz narazısınız. Bəziləriniz hökumətdən, bəziləriniz məmurlardan bəziləriniz isə baş tutmayan həyatınızdan. Bu təbiidir. Lakin hamımızın vicdan, namus və şərəfində bir ləkə var ki, o da Qarabağda məğlubiyyətimiz, işğal edilmiş torpaqlarımız. Bu gün bizim balalarımız bu ləkəni yumaq üçün cəbhədə şəhid olurlar və bu vucdan və şərəfimizə daha bir ləkə gətirir.

Bu gün o səngərlərdə biz olmalıyıq. Bu gün düşmənə bizlər cavab verməliyik. Bu bizim vicdan, namus və şərəf borcumuzdur.Dinindən,siyasi mənsubiyyətindən asılı olmayaraq bu gen biz birləşib səngərlərə girməli və erməni ilə axırıncı döyüşə atılamlıyıq. Bizim bu döyüşü övladlarımıza qoymağa haqqımız yoxdur.

Ona görədə xahiş və tələb edirəm, bütün Qarabağ veteranları kütləvi surətdə Ali Baş Komandana müraciət və onları cəbhəyə yollamağı tələb etsinlər.

Bu gün Azərbaycanda 60 000 veteran var. Bu qədər veteranın tələbinə Ali Baş Komandan cavab verməlidir.

Artıq yetər biz dura dura övladlarımız şəhid oldu!

Döyüşə В«qocalarВ» getməlidirlər!

Qardaşlar kütləvi surətdə Ali Baş Komandana müraciət edin!

İsmayılov Nurəddin Abbas oğlu.

В«Boz QurdВ» batalyonun komandiri.

Geri qayıt