Əsas Səhifə > Güney Press / Ana xəbər > Ordumuz birinci dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilib
Ordumuz birinci dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilib2-08-2014, 13:04 |
![]() Goranboy istiqamətindən Azərbaycan Ordusuna məxsus ən müasir tanklar və zirehli döyüş maşınları cəbhə xəttinə göndərilib. Axar.az Goranboy sakinlərinə istinadən xəbər verir ki, hazırda cəbhədə olan general-polkovnik Zakir Həsənovun əmrilə Azərbaycan Ordusu birinci dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilib və ağır hərbi texnika cəbhə xəttinin ən qaynar istiqamətlərinə çıxarılıb. Hazırlıq əməliyyatlarına Zakir Həsənovun səhra qərargahından şəxsən nəzarət etdiyi qeyd olunur. Xatırladaq ki, az öncə cəbhənin Tərtər istiqamətindən hərbi helikopterlər və qırıcıların havaya qaldırılması barədə məlumat vermişik. Qarşı tərəfdə hər hansı fəallıq müşahidə olunmur. Geri qayıt |