Əsas Səhifə > Güney Press / Ana xəbər > Qobustan polisi zorlanmış qızın atasına təzyiq edir

Qobustan polisi zorlanmış qızın atasına təzyiq edir


2-08-2014, 12:22
Qobustan polisi zorlanmış qızın atasına təzyiq edir
Bir neçə gün öncə Qafqaz Xəbər Agentliyində (qafqaznews.az) Qobustan şəhərində 5 nəfər şəxsin 15 yaşlı xəstə qızı zorlayaraq küçəyə atdıqları barədə məlumat dərc olunmuşdu.
Məlumat dərc olunandan sonra müxbirimiz əvvəlcə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayaraq onun fikrini öyrənmişdi. Mətbuat xidmətinin rəhbəri bildirmişdi ki:“ Bu tamamilə yalandır. 15 yaşlı qızın zorlanması xəbəri həqiqətə uyğun deyil”.
Ancaq Qobustan Rayon Polis Şöbəsinin növbətçisi mayor Rəcəbov müxbirimizə belə bir faktın olduğunu söyləmişdi: “ Həqiqətən də, rayonumuzun ərazisində 15 yaşlı qız təcavüzə məruz qalıb”.
Bu gün redaksiyamıza daxil olan məlumata görə Qobustan polisi azyaşlı qızın atasına təzyiq edir ki, şikayətini geri götürsün. Onu da bildirək ki,Qobustan RPŞ-nin rəisi Eminağa Zeynalovdur.O, DİN-in Təchizat İdarəsinin keçmiş rəisi Qambay Zeynalovun qardaşıdır.

Geri qayıt