Əsas Səhifə > Güney Press / Ana xəbər > ""Kabinet sərkərdələri" də yaxalarını kənara çəkməməlidirlər"
""Kabinet sərkərdələri" də yaxalarını kənara çəkməməlidirlər"1-08-2014, 11:56 |
|
"Bu gün səhər aldığımız acı xəbər hər kəsin qanını qaraltdı, əsəblərini tarıma çəkdi." Bunu SalamNews-a hərbi ekspert Üzeyir Cəfərov bildirib. O deyib ki, düşməndən hansısa mərhəmət gözləmək lazım deyil. Ön xətddə dayanan əsgər və zabitlərimiz son dərəcə diqqətli olmalıdırlar. Ən xırda diqqətsizlik və ehtiyatsızlıq belə ağır nəticələrə gətirə bilər. Ü.Cəfərov vurğulayıb ki, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı bu faciə ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər şəxslərini dinləyəcək və lazım olan qərarını verəcək: "Bu faciənin baş verməsində tam məsuliyyəti erməni-rus tərəfinin üzərində olsa da, bizim "bir gün də olsun müharibədə olmaya-olmaya, general rütbəsi alan "kabinet sərkərdələri" də yaxalarını kənara çəkməməlidirlər. Allah dünyasını dəyişən hərbçilərimizə qəni-qəni rəhmət eləsin. Onlar Vətən uğrunda canlarından keçdilər. Şəhidlik zirvəsinə qalxdılar. Doğmalarına və yaxınlarına isə Allahdan səbr və dözüm arzulayıram." Geri qayıt |