Əsas Səhifə > Güney Press / Ana xəbər > “Xəzər” TV-dən nurçu deputatlara qadağa

“Xəzər” TV-dən nurçu deputatlara qadağa


30-07-2014, 15:45
“Xəzər” TV-dən nurçu deputatlara qadağa
Azərbaycanda adı nurçu qalmaqalında hallanan millət vəkilləri, dövlət məmurlarına efir qadağası qoyulub.

AzVision.az xəbər verir ki, belə bir qadağa “Xəzər” telekanalı tərəfindən tətbiq edilməyə başlanıb.

“Xəzər” TV-dəki etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, nurçu olduğu iddia edilən bir neçə deputat və məmurlarla bağlı xəbərlərin, məlumatların telekanalda yayımlanmasına icazə verilmir.

Mənbənin bildirdiyinə görə, telekanal rəhbərliyi tərəfindən müxbirlərə tapşırılıb ki, həmin şəxslərin keçirdiyi tədbirlər, görüşlər və onlarla bağlı hər hansı məlumat hazırlanmasın. Əks halda həmin xəbər efirdə yayımlanmayacaq.

Qeyd edək ki, eyni zamanda ölkəmizdə bir neçə millət vəkilinin də adı nurçuluqda hallanır.

Geri qayıt