Əsas Səhifə > Güney Press / Ana xəbər > “Azərbaycanda İŞİD təhlükəsinin işartıları var”
“Azərbaycanda İŞİD təhlükəsinin işartıları var”30-07-2014, 14:49 |
|
İŞİD Türkiyənin İstanbul şəhərində bəzi məscidləri artıq “işğal” edib. Aldadılmış Azərbaycan vətəndaşlarının həmin məscidlərdə beynini yuyaraq, Suriya və İraqa yola salırlar. Məlumatı Türkiyədə cəfərilər təriqətinin (şiəliyin qolu) liderlərindən olan, Əhlibeyt Alimləri Dərnəyinin başqanı Hasan Kanaatlı verib. İŞİD-in bundan sonrakı əsas hədəfi Türkiyədəki şiələr və Azərbyacan olduğu bildirilir. Azərbaycanda “İŞİD”in təsirində olan şəxslər var. Bunları Suriyaya və İraqa döyüşməyə gedənlərdən də gördük. Bəs daxili faktorda İŞİD təhlükəsi hansı dərəcədədir? Milli Təhülkəsizlik Nazirliyinin sabiq əməkdaşı, ekspert İlham İsmayıl Hafta.az-a açıqlamasında məsələni şərh edib. Ekspert bildirib ki, İŞİD tərəfdarlarının Azərbaycanda təhülkə yaratmasının işartıları var: “İŞİD bu gün Azərbaycanda təhlükə səviyyəsinə çatıb-çatmadığını deyə bilmərik. Amma onun işartıları var. Dəfələrlə demişik ki, onların ölkədə tərəfdaşları var. Sabirabad hadisəsində də az da olsa özlərini göstərdilər. Əgər bunu edirlərsə, təssübkeşlik edirlərsə, burdan Suriyaya adam göndərə bilirlərsə aydın məsələdir ki, bu perspektivlər nəzarətsiz buraxılsa təhlükə həddinə çata bilər”. İsmayıl qeyd edib ki, İŞİD coğrafi cəhətdən Azərbaycana yaxın olmadığına görə hazırda təhükəli deyil: “Onların yaxın olduqları adamlar, sabahları bizdə İraqdakı kimi hansısa bölgəni işğal edə bilməsələr də buna cəhdlər edə bilərlər. Azərbaycan dövlətinin və təhükəsizlik orqanları radikal islamçılarla bağlı nəzarəti var. Onlar imkan verməzlər ki, radikallar təhlükə həddinə gəlib çatsınlar. Amma maarifləndirmə sahəsində bu işin dərəcəsi sıfırdır. QMİ və Dini Komitənin bu sahədə fəaliyyəti olmadığına görə maarifləndirmə sahəsindəki boşluqlar böyüyəcək”. Ekspert bu qruplaşmanın Türkiyədə hər hansı qarşıdurma yaratmasına dövlətin imkan verməyəcəyini düşünür: “İnanmıram Türkiyədə İŞİD-ə o cür şəarit yaradıla ki, məzhəb qarşıdurması baş versin. Türkiyə dövlətçiliyi o sahədə daha üstündür. İŞİD Türkiyədə buna cəhdlər edə bilər, amma nail ola bilməz”. Geri qayıt |