Əsas Səhifə > Güney Press / Ana xəbər > Səfər Əbiyev “özünümüdafiə dəstəsi” yaradıb
Səfər Əbiyev “özünümüdafiə dəstəsi” yaradıb30-07-2014, 14:15 |
![]() Keçmiş müdafiə naziri Səfər Əbiyev mətbuatda haqqında gedən yazılardan kifayət qədər narahat olmağa başlayıb. Bu barədə JAM.AZ-a sabiq nazirin ətrafına yaxın adamlardan biri məlumat verib. Onun bildirdiyinə görə, işdən çıxarıldıqdan sonra küncə qısdırılmış sabiq nazir haqqında yazılanlar sırasında onun üçün təhlükə yaradacaq məqamların olmasından əndişəlidir. Elə bu səbəbdən də özünü müdafiə etmək üçün “dəstə” yaradıb. Mənbənin iddiasına görə, uzun müddət mətbuatda çalışmış bir neçə jurnalist vasitəsi ilə mətbuatda özünü mnüdafiə etməyə başlayan Əbiyev, həmçin ona edilən hücumların istiqamətlərini də dəqiqləşdirərək, hədəfləri “zərərləşdirəcək” məlumatların dövriyyəyə buraxılmasına çalışır. Mənbənin iddiasına görə, orduda son dövrlər aparılan ciddi maliyyə yoxlamalarında dolayı da narahatlıq keçirən Səfər Əbiyev bu məsələnin gündəmə gəlməsində maraqlı deyil. Çünki təkcə bir korpusda aparılan yoxlama olduqca dəhşətli yeyinti hallarını ortaya çıxarıb. Bu məlumatların mətbuata çıxması isə sabiq nazir üçün hətta həbs təhlükəsi yarada bilər. JAM.AZ-a məlumat verən mənbə qeyd edir ki, Səfər Əbiyev hətta bu yoxlamalardan dolayı indiki müdafiə naziri Zakir Həsənovu günahlandırır. Və onun barəsində də mətbuata geniş məlumatlar ötürür. Qeyd edilir ki, “Özünümüdafiə dəstəsi”nin üzvləri vasitəsi ilə mətbuata ayaq açmış keçmiş nazir bununla müdafiə oluna biləcəyini düşünür. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |