Əsas Səhifə > Güney Press / Ana xəbər > Naftalan Kurortundan qalmaqallı reklam

Naftalan Kurortundan qalmaqallı reklam


30-07-2014, 12:46
Naftalan Kurortundan qalmaqallı reklam
Desək ki, Naftalandakı istirahət mərkəzlərindən birinin reklamı azərbaycanlı sosial şəbəkə istifadəçilərini şoka salıb, yalan söyləmiş olmarıq.

Sosial şəbəkələrdə Naftalanda Kurort adlı istirahət mərkəzinin rəsmi səhifəsində iki il əvvəl yerləşdirilmiş fotonu bu gün fəal müzakirə edirlər.

Sosial şəbəkə istifadəçilərinin bu fotoşəkili necə tapmaları məlum olmasa da, azərbaycanlıların reaksiyası birmənalı deyil.

Belə ki, fotoda qadın neftlə doldurulmuş vannada çılpaq halda uzanıb. Bu, internet istifadəçiləri tərəfindən həm narazılıq, həm də təqdirlə qarşılanıb.

Bəziləri yazır ki, belə reklam milli mentalitetimizə uyğun deyil.

Digərləri əksinə, hesab edirlər ki, belə növ reklamlar daha çox turistlərin diqqətinə səbəb olacaq və onların Azərbaycana səfərlərinin sayını artıracaq.

Amma istənilən halda reklamın uğurlu alındığını qeyd etmək olar – iki il keçsə də, bu şəkili bu gün də müzakirə edirlər.(oxu.az)


Naftalan Kurortundan qalmaqallı reklam
Geri qayıt