Əsas Səhifə > Güney Press / Ana xəbər > Şəmkirdə 1 milyon manatlıq dələduzluq

Şəmkirdə 1 milyon manatlıq dələduzluq


26-07-2014, 15:13
Şəmkirdə 1 milyon manatlıq dələduzluq
Ona verilən borc məbləğinin maksimum miqdarı 50 min, minumum isə 5 min manat olub

Şəmkir rayon sakinləri borc verdikləri pullarını geri ala bilmədiklərindən şikayətlənirlər. Rayonun Keçili kəndinin camaatı ibtidai sinif müəlliməsi olan Elnarə Zeynalovanın onları aldatdıqlarını bildirirlər. Elnarə Zeynalova ayrı-ayrı vaxtlarda 80-ə yaxın kənd camaatından 1 milyon manat məbləğində borc pul alıb. Borca pul verən kənd sakinlərinin isə bir-birindən xəbəri olmayıb. Elnarə Zeynalova borc pul alarkən şəxsi təsərrüfatı üçün xərcləyəcəyini bildirib. Ona verilən borc məbləğinin maksimum miqdarı 50 min, minumum isə 5 min manat olub.
Aldadılan şəxslər bildirirlər ki, kənddə doğulub böyüyən Elnarəyə güvəndiklərindən borc pulu sənədsiz veriblər.axar.az



Geri qayıt