Əsas Səhifə > Güney Press / Ana xəbər > "“AAAF Park”ın təsisçisi Tofiq Heydərov hazırda iş başındadır”
"“AAAF Park”ın təsisçisi Tofiq Heydərov hazırda iş başındadır”26-07-2014, 12:15 |
![]() “AAAF Park”ın direktorunun həbsi barədə xəbərə şirkət tərəfindən münasibət bildirilib. Bu barədə “Qafqazinfo”ya açıqlama verən şirkətin məsul şəxsi Rəşad Əliyev bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Şirkətin təsisçisi Tofiq Heydərov hazırda iş başındadır”. R. Əliyev həmçinin bildirib ki, hazırda yayılmış məlumat şirkətin hüquqşünasları tərəfindən araşdırılır və hüquqi müstəvidə ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət olunacaq: “Bu məlumatlar müştərilərimiz arasında heç bir narahatçılığa səbəb olmamalıdır”. Qeyd edək ki, bir qədər sonra “AAAF Park”ın rəhbəri Tofiq Heydərovun da açıqlaması “Qafqazinfo”da dərc olunacaq. Geri qayıt |