Əsas Səhifə > Güney Press / Ana xəbər > Gəncədə direktorlar müəllimlərin maaş kartlarını əllərindən alıb
Gəncədə direktorlar müəllimlərin maaş kartlarını əllərindən alıb18-07-2014, 16:03 |
![]() Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərin müəllimlərinin əmək haqqı kartları əllərindən alınıb. Bu barədə JAM.AZ-a həmin müəllimlərdən bir neçəsi məlumat verib. Məlumatda deyilir ki, sözügedən kartlar müvəqqəti olaraq müəllimlərə verilir, onlar əmək haqlarını götürdükdən sonra yenidən direktorlara qaytarırlar. Bu barədə göstəriş isə Gəncə şəhər Təhsil İdarəsinin müdiri tərəfindən verilib. Səbəbi isə konkret olaraq məlum deyil. Amma bilinən odur ki, direktorlar həmin kartları sahiblərinə verənə qədər onların maaşlarının bir qismini özlərinə götürürlər. Müəllimlər JAM.AZ-a bildiriblər ki, son belə vəziyyət yay ayları ilə əlaqədar təhsil işçilərinin məzuniyyətə çıxması zamanı baş verib. Belə ki, onlar məzuniyyət pullarını alarkən məlum olub ki, həmin məbləğin bir qismi götürülüb. Bundan əlavə, yaranmış vəziyyətə etiraz edənlərə isə təzyiqlər edilir. Onları işdən çıxaracaqları və ya müxalifətçi damğası vuracaqlarını bildirib, bu şəkildə davam etmələri tələb olunur. Amma Gəncədə vəziyyətin dözülməz olduğunu bildirən müəllimlər bu şəkildə davam etməyin mümkün olmadığını qeyd edirlər. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |