Əsas Səhifə > Güney Press / Ana xəbər > “İŞİD güclüdür və ondan hərə öz maraqlarına görə istifadə edir”

“İŞİD güclüdür və ondan hərə öz maraqlarına görə istifadə edir”


18-07-2014, 15:54
“İŞİD güclüdür və ondan hərə öz maraqlarına görə istifadə edir”
“Dünyanın başı Ukrayna hadisələrinə qarışdığı üçün İŞİD-in təhlükəsinin qarşısı alınmır”. Bu fikri Hafta.az-a açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlham İsmayıl deyib. O bildirib ki, İŞİD ordusunda Səddam Hüseyn zabitlərinin olması bundan sonra heç nəyi dəyişməyəcək:

“İŞİD-lə Səddam Hüseyn hərbçilərinin əvvəlcədən də əlaqələri olub. İŞİD İraqa daxil olarkən, həmin hərbçilər onları qarşıladılar. İŞİD-in İraqda çox asanlıqla torpaqları tutmasında səbəb təkcə hərbçilərin bilikləri deyil, həm də onların ideologiyalarını sürətlə yaymaları, sünni-şiə qarşıdurmasını yaratmaları oldu. İŞİD təhlükəsi artıq mövcuddur. Bundan sonra onlara Səddamın adamları qoşulmasa da, təhlükə realdır. Yəqin ki, dünya terror qruplaşması ilə məşğul olacaq. İŞİD güclüdür və ondan hər bir dövlət öz maraqlarına uyğun istifadə etməyə çalışır”.

Ekspert bildirib ki, Ukrayna hadisələri məkan baxımından Avropaya yaxın olduğu üçün onları daha çox maraqlandırır:

“Avropada təhlükəsizlik dünyada sülhü təmin edən güclər üçün yaxın şərqdə baş verən hadisələrdən daha önəmlidir. Yaxın şərqdə bu proses 50 ilə yaxındır davam edir. Ancaq misal üçün Yuqoslaviya hadisələri Avropanın mərkəzində baş verdiyi üçün daha tez yoluna qoyuldu. O cümlədən, Ukraynada baş verən ixtişaşlar da bu qəbildən olan məsələlərdir. İŞİD-ə görə hələ heç bir beynəlxalq qurum səviyyəsində toplanış olmayıb”.

Geri qayıt