Əsas Səhifə > Güney Press / Ana xəbər > İŞİD-çılər həzrəti Əlini (ə) qətlə yetirənlərin törəmələridir
İŞİD-çılər həzrəti Əlini (ə) qətlə yetirənlərin törəmələridir17-07-2014, 16:02 |
|
“İslam dünyasında radikal dini ideyalardan sui-istifadə edərək, insanların mal-mülkünü talamaq, namusuna toxunmaq və onları qətlə yetirmək səhabələrin dövründə də yaşanıb.” Bunu SalamNews-a ilahiyyatçı Samid Bağırov deyib. O, Ramazan ayının 19-cu günündə baş verən tarixi hadisələrə toxunarkən, həzrəti Əlinin (ə) məhz bu gündə terrora məruz qaldığını deyib. Müasir dövrdə müsəlmanlara qarşı terror aktı törədən təkfirçi qüvvələr elə həzrəti Əlini (ə) təkfir edərək, qətlə yetirənlərin törəmələridir: “Həzrəti Əlini (ə) qətlə yetirən xəvaric Əbdürrəhman ibni Mülcəm imamın qətlə yetirilməsini bilərəkdən qədr gecəsinə planlaşdırdı ki, savab qazansın. İslam dünyası hazırda elə bir bəlaya düçar olub ki, onun ilk qurbanı elə həzrəti Əli (ə) idi. Xəvaric adlanan bu qrup hazırda “İslam Dövləti” (İŞID) adı ilə terror təşkilatı timsalında həyatdadır. Bu qrupun tərkibində minlərlə cahil və təkfirçi Əbdürrəhman ibni Mulcəmlər var ki, əsas məqsədləri İslamı və insanıyyəti məhv etməkdir.” Geri qayıt |