Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputat rektorun “Jalə-Biznes”ində kütləvi işdənqovulmalar

Deputat rektorun “Jalə-Biznes”ində kütləvi işdənqovulmalar


16-07-2014, 16:16
Deputat rektorun “Jalə-Biznes”ində kütləvi işdənqovulmalar
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) olaraq xeyli müddətdir ki, “Jalə-Biznes” şirkətində baş verən qanusuzluqlardan yazırıq. Onu da bildirək ki, bu şirkətin əsl sahibi “Muğanbank”ın rəhbəri Elmir Mehdiyevdir.
Yazılar saytımızda dərc olunan kimi əsəbi reaksiya verən Elmir Mehdiyev ətrafındakı hər şəxsdən şübhələnməyə başlayıb.Ona görə də yeznəsi Cəmşid Novruzovu yanına çağıraraq təcili işçiləri ixtisara salmağı tələb edib.Nəticədə bir günün içərisində şirkətin20 nəfər işçisi ixtisara salınıb.
Hətta məsələ o qədər ciddiləşib ki, uzun illər şirkətdə katibə-referent kimi çalışan və Elmir Mehdiyevin sevimlisi olan Natalya xanım da ixtisara düşüb. Mənbənin verdiyi məlumata görə Elmir Mehdiyev məlumatların mətbuata ötürülməsində Natalya xanımdan da şübhələnib.
Bunlarla sakitləşməyən Elmir Mehdiyev şirkətin tərkibində uşaqlar üçün fəaliyyət göstərən ZUM-un bütün şəxsi heyətini də ixtisara salıb. Və yeznəsinə göstəriş verib ki, “əməliyyat-axtarış”tədbirlərini davam etdirsin və günahkarı tapsın.
Düzdür, Cəmşid Novruzovun axtarışları nəticə verməyib, ancaq o, söz verib ki, ayın 17-ə kimi problemi həll edəcək. Görəsən, niyə məhz 17-ə kimi?
Çünki ayın 17-dən sonra Elmir Mehdiyevin,Əhməd Vəliyevin və oğlanları Samir və Munir Mehdiyevlərin bir aylıq istirahət mövsümü başlayır.
Onlar da Karlovı Varıda istirahətdə olarkən Bakıdan xoşagəlməz xəbərlər alıb öz istirahətlərini pozmaq istəmirlər.
Məlumat üçün onu da qeyd edək ki, Elmir Mehdiyevin yeznəsi və hazırda sağ əli olan Cəmşid Novruzov vaxtıilə “Royal bank”ın Nərimanov şöbəsinin müdiri olub və “Royal Bank”ın Nərimanov filialından 3 milyon manat pul çıxarır və daha sonra bu pulu banka geri qaytarmadığına və digər maliyyə maxinasiyalarına görə hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Sonradan isə Elmir Mehdiyevin koməkliyi ilə həbsdən azad olunub və o vaxtdan “Jalə-Biznes”ə nəzarət edir.
Növbəti yazıda “Elman Rüstəmova verilən söz”, baş bankirin kostyum məsələsinə aydınlıq gətirəcəyik. Və Elmir Mehdiyevin “Jalə MTK”nın tikdiyi evləri Qazaxda yaşayan qohumunun adına alaraq İpoteka fonduna satması barədə araşdırma yazısını dərc edəcəyik.

Geri qayıt