Əsas Səhifə > Güney Press / Ana xəbər > В«Azərsun HoldinqВ»in yönəticiləri Abdoolbari Goozalı necə aldadırlar?

В«Azərsun HoldinqВ»in yönəticiləri Abdoolbari Goozalı necə aldadırlar?


16-07-2014, 14:26
В«Azərsun HoldinqВ»in yönəticiləri Abdoolbari Goozalı necə aldadırlar?
В«Azərsun HoldinqВ»in yönəticiləri oliqarxa çevrilirlər; Şirkətin rəhbəri Abdoolbari Goozalın isə öz işçilərinin necə varlanmasından xəbəri yoxdur…

Bu barədə PİA.AZ-a daxil olan ilginc məlumatda bildirilir ki, В«Azərsun HoldinqВ»in prezidenti Abdoolbari Goozaldan sonra şirkətin ikinci şəxsi olan və gözdən düşdüyünə görə ötən ilin sonlarında Azərbaycandan Rusiyaya В«sürgünВ» olunan Fefzihan Arasın şirkətdə yerləşdirdiyi bəzi yönəticilər uzun illlərdir ki, Coozalı aldadır və müxtəlif yollarla şirkətin əldə etdiyi gəlirlərin bir qismini mənimsəyirlər.

Qeyd edək ki, Fefzihan Arasın gözdən düşməsini və şirkətdən uzaqlaşdırılacağı barədə məlumatı ötən il PİA.AZ saytı yaymışdı.

В«Azersun HoldinqВ»in daxilində baş verən ilginc prosseslərlə bağlı PİA.AZ-a danışan mənbəninin iddasına görə uzun müddətdir ki, Abdoolbari Goozalı aldalan və bu yolla böyük sərvət sahibinə çevrilən yönəticilərdən biri В«Azərsun HoldinqВ»in ticarət sektorunun başında gələn və həmçinin ölkəninin pərakəndə satış bazarında ciddi yerə sahib olan В«BazarstoreВ» MMC-nin yönəticisi Ərdal Bakırdır. Qeyd edək ki, В«BazarstoreВ» paytaxtın ən tanınan və komfortlu supermarket şəbəkələrindən biridir. Həmçinin В«BazarstoreВ» Gəncə və digər şəhərlərdə də iri supermarketlərə sahibdir.

Mənbəninin bildirdiyinə görə В«BazarstoreВ» MMC-nin yönəticisi Ərdal Bakır əslən Türkiyənin Doğu Bəyazit vilayətindəndir. Fefzihan Arasın ən yaxın adamlarından biri olan Ərdal Bakır В«BazarstoreВ» kimi böyük şəbəkəni idarə etməsinə baxmayaraq orta təhsillidir və onun marketinq təhsilinin olmamasına baxmayaraq bu önəmli postda vəzifə almasının tək səbəbi Fefzihan Arasın yaxını olması olub və Bahri bəy hələ də, Ərdal Bakırın diplomsuz В«mütəxəssisВ» olmasından xəbərsizdir.

Daxil olan məlumatda qeyd olunur ki, Ərdal Bakırın В«Azərsun HoldinqВ»də yüksəlməsinin və В«BazarstoreВ» kimi geniş bir şəbəkəninin başına gətirilməsində digər önəmli faktor Bakırın şirkət daxili rüşvət sisteminin qurulmasının banilərindən biri olmasıdır və onun bu В«istedadınıВ» Fefzihan Aras zamanında doğru dəyərləndirib.

Məlumata əsasən Ərdal Bakır hazırda В«BazarstoreВ» supermarketlər zəncirində özünə böyük şəbəkə qurub və bu adamın aylıq şəxsi qazancı kifayət qədər yüksəkdir. Belə ki, mənbəninin iddiasına əsasən Ərdal Bakır В«BazarstoreВ» supermarketlər zəncirində satışa çıxarılan mallara görə əksəriyyət firmalardan aylıq В«haqqВ» alır. Bu В«haqqВ» firmaların В«BazarstoreВ» supermarketlər zəncirinə etdiyi endirimlərə aid deyil və Ərdal Bakırın adamları hər bir firma ilə ayrılqda onların mallarının В«BazarstoreВ» supermarketlərində satışa çıxarılması üçün aylıq В«haqqВ» tələb edir. Bəzi firmalarla isə ayrıcalıq tanınır.

Mənbə bildirir ki, bu cür maxinasiyalarla Ərdal Bakır külli miqdarda qazanc əldə etsə də, В«AzersunВ» şirkəti və şəxsən Bahri Goozal ziyana düşür. Həmçinin daxili bazarda В«AzersunВ» şirkəti sürətlə öz rəqiblərinə uduzur. Amma şirkətin bəzi yönəticiləri Bahri bəyi inandırmağa çalışırlar ki, tənəzzül məhz ölkədə ümumi təlabatın aşağı düşməsi ilə bağlıdır. Bu isə В«Azersun HoldinqВ»in mərkəzi ofisində bir şəbəkəninin fəaliyyətindən xəbər verir.

Həmçinin mənbə qeyd edir ki, Bahri Goozala və Goozalofisə ünvanlanan şikayət məktublar sirrli şəkildə yoxa çıxır və Bahri bəy baş verənlərdən tamamilə xəbərsiz olunur və dolayısı ilə Bəhri bəyin başının altına yastıq qoyulur. Bildirilir ki, Bahri bəyin informasiya blokadasına alınmasının əsas səbəbi məhz bəzi yönəticilərin rahat şəkildə şirkət vasitəsi ilə yüksək qazanc əldə edə bilməsidir.

Mənbə onu da bildirir ki, əgər Bahri Goozal daxili araşdırma aparasa, o zaman bütün deyilənlərin doğru olduğuna özü də əmin olacaq. Çünki özlərinə yazdıqları В«primВ»lə birlikdə alıdqları maaş 1500-3000 manat arasında olan yönəticilərin Bakıda və əyalətlərdə bir neçə yüz minlik В«obyektlərəВ» sahib olması imkansızdır və Bahri bəy daxili araşdırma apardığı zaman hansı yönəticilərin В«obyektВ» və hətta şirkət sahibi olması ortaya çıxacaq. Həmçinin araşdırma zamanı bu В«obyektВ»lərin hansı vəsaitlərlə əldə olunduğu da ortaya çıxacaq.

Mənbə qeyd edir ki, bir çox yönəticilərin Bakıda və rayonlarda təmtəraqlı villaları var və bəzi yönəticilər isə hazırda 3 mərtəbəli villalalar tikdirirlər.

Qeyd edək ki, növbəti yazımızda Feyzihan Arasın Rusiyaya В«sürgünВ» olunmasının pərdəarxası barədə məlumatları oxucularımızın diqqətinə cəlb edəcəyik.

Geri qayıt