Əsas Səhifə > Güney Press / Ana xəbər > Xaləddin İsgəndərov prezidentin sözünü də qulaqardına vurur

Xaləddin İsgəndərov prezidentin sözünü də qulaqardına vurur


15-07-2014, 12:53
Xaləddin İsgəndərov prezidentin sözünü də qulaqardına vurur
Bakıda növbəti “ağac qətliamı” həyata keçirilir. Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 72 ünvanında ağaclar qanunsuz olaraq kəsilir

JAM.AZ xəbər verir ki, bu barədə virtualaz.org saytına həmin ünvanda yaşayan sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, artıq bir neçə gündür ağacların kütləvi şəkildə məhv edilməsinə başlanılıb. Sakinlər buna etiraz etsələr də onların qarşısı polis tərəfindən alınıb. Polislər onlara xəbərdarlıq edib ki, buna hansısa formada müdaxilə etsələr, məsuliyyətə cəlb olunacaqlar.

Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl də ərazidəki yaşıllığın bir hissəsi məhv edilib, ağaclar kəsilib, boşalan torpaq sahəsi isə zəbt olunub. Yerində isə kafe və ticarət mərkəzi tikilib.

İndi də kəsilən ağacların yerində hansısa obyektin tikiləcəyindən narazı olan sakinlərə deyiblər ki, burada guya dövlət əhəmiyyətli bina tikilir. Sakinlər isə bununla razılaşmır. Çünki əvvəl də ağaclar kəsilən zaman onlara belə deyilib. Sonradan isə kafe tikilib.

“Yaşıllıqları məhv etmək olmaz. Bu istidə nəfəs almaq mümkün olmayacaq. Uşaqlarımız orada oynayırdılar. Bizə əvvəl dedilər ki, guya uşaqlar üçün kiçik park salırlar, sonradan bəlli oldu ki, hansısa biznesmen burada obyekt tikdirir. Burada hansı obyektin tikiləcəyi bəlli deyil. Bütün işlər polis nəzarəti altında aparılır. Binanın qarşısına gələn su borusunu da kəsiblər. Belə özbaşınalıq olmaz. Bütün dövlət qurumlarına - Prezident Administrasiyasına, Binəqədi Rayon İcra Hakimiyyətinə, Heydər Əliyev Fonduna müraciət etmişik. Şikayətlərimizə baxan yoxdur” - deyə sakinlər bildirib.

Bu şikayətlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına bildirildi ki, məsələdən xəbərsizdirlər və bununla bağlı araşdırma aparacaqlar.

Yada salaq ki, prezident İlham Əliyev may ayında keçirdiyi müşavirədə bu məsələyə toxunmuş və ağacları gecə ikən qıraraq yerində hər hansı obyekt tikməyi “vicdansızlıq” adlandırmışdı.


Xaləddin İsgəndərov prezidentin sözünü də qulaqardına vurur
Xaləddin İsgəndərov prezidentin sözünü də qulaqardına vurur
Xaləddin İsgəndərov prezidentin sözünü də qulaqardına vurur
Geri qayıt