Əsas Səhifə > Güney Press / Ana xəbər > Elman Rüstəmovun da adının qarışdığı şübhəli maliyyə oyunları
Elman Rüstəmovun da adının qarışdığı şübhəli maliyyə oyunları14-07-2014, 15:10 |
![]() Bir müddət əvvəl saytımızda “Jalə-Biznes”də rüşvət əvəzinə mənzil” başlıqlı silsilə yazılar dərc olunmuşdu. Qısa xatırlatma üçün bildirək ki, Qafqaz Xəbər Agentliyinə (Qafqaznews.org) müraciət edən “Jalə-Biznes”şirkətinin keçmiş direktor müavini Elçin Hacıyev şirkət direktorunun qanunsuz əməllərindən bəhs etmişdi. Məlumat üçün bildirək ki, şirkətin formal sahibi Tofiq Nəbiyev olsa da, “Jalə-Biznes”in həqiqi sahibi “Muğanbank”ın prezidenti Elmir Mehdiyevdir. “Jalə-Biznes” şirkəti Bülbül prospekti 40-42 ünvanda inşa edilən göydələnlər sifarişçisidir. Elçin Hacıyevin sözlərinə görə tikinti kömpleksinin dövlət komissiyası tərəfindən təhvili zamanı böyük qanun pozuntularına yol verilmişdir: “ Elmir Mehdiyev tikinti kompleksinin dövlət qəbulu zamanı komissiya üzvlərinə böyük miqdarda rüşvət vermişdir. Çünki bu binalardakı bütün mənzillərin sahəsi təsdiq olunan layihədə göstəriləndən 15-20 faiz çoxdur. Ancaq qanunsuzluqlar bununla bitmir. “Jalə-Biznes”in tikdiyi binadakı mənzillər də müştərilərə bank vasitəsilə deyil, nağd yolla satılırdı. Məqsəd dövlət büdcəsinə ödənməli olan böyük məbləğdə vergidən yayınmaq olub”. Müxbirimizin “Nə üçün dövlət orqanları bu boyda qanunsuzluqlara göz yumub” sualını Elçin Hacıyev belə cavablandırıb: ” Ona görə ki, bir çox yüksəkçinli dövlət məmurları həmin binalardan pulsuz mənzil alıblar”. Keçmiş direktor müavini həmin məmurlardan bir neçəsinin adını çəkib: “ Məsələn, Mərkəzi Bankın prezidenti Elman Rüstəmov, İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımov, Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi Xidmətinin rəhbəri Adışirin Qasımov və başqaları”. Bütün bu yazılardan sonra “Jalə-Biznes” şirkətinin rəhbərliyi son günlər ciddi təlaş içərisindədir. Redaksiyamıza daxil olan məlumata görə, son günlər şirkətin bütün maliyyə-mühasibatlıq sənədləri ofisdən çıxarılaraq Elmir Mehdiyevin Şüvəlandakı bağ evinə aparılıb. Mənbə onu da bildirir ki, yazılar dərc olunandan sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov Elmir Mehdiyevə qəti şəkildə tapşırıb ki, bibisi oğlu Elçin Hacıyevlə aralarında olan konfliktə son qoysun. Bu məqamda onu da qeyd edək ki, Elçin Haciyev 10 ilə yaxın Elmir Mehdiyevin “Jalə MTK”sında işlərin aparıb. Elçin Hacıyevin sözlərinə görə, Elmir Mehdiyev “Muğanbank”dan onun adına bir neçə dəfə külli miqdarda kredit açdıraraq öz işlərinin həllinə nail olub. Sonradan isə Elçin Hacıyevlə münasibətləri korlananda onun adına “Muğanbank”da olan kreditlərin hamısını təcili olaraq bağlatdırıb. Bütün bu haqsızlıqlara etiraz edən Elçin Hacıyev axırda mətbuata üz tutmaq məcburiyyətində qalıb. Bəli, Elmir Mehdiyev elə bilir ki, maliyyə sənədlərini bağ evində gizlətməklə atalar demişkən cidanı çuvalda gizlətmək olar. Yəqin ki, yaxın vaxtlarda müvafiq orqanlar bu sənədləri təftiş edəcəklər. Məlumat üçün bildirək ki, növbəti yazımızın mövzusu Elmir Mehdiyevin “Jalə MTK”-nın tikdiyi mənzilləri Qazaxda yaşayan qohumunun adına alıb, sonradan ipoteka fonduna satması ilə bağlı olacaq. Həm də növbəti yazıda Elman Rüstəmovun 20-30 min dəyərində olan kostyumlarından söhbət açacağıq. Geri qayıt |