Əsas Səhifə > Güney Press / Ana xəbər > Qardaşı Ziya Məmmədovun müşavirəyə gəlməməsindən danışdı
Qardaşı Ziya Məmmədovun müşavirəyə gəlməməsindən danışdı11-07-2014, 17:09 |
![]() “Hər bir dövlət məmurunun məzuniyyətə çıxmaq hüququ var. İstər xırda vəzifəli şəxs olsun, istərsə də nazir olsun. Ziya müəllim də bu hüququndan istifadə edib”. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elton Məmmədov Nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovun dünən Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsində iştirak etməməsi xəbərinə münasibət bildirərkən dedi. Deputat əlavə etdi ki, Ziya Məmmədovun müşavirədə iştirak etməməsinin arxasında başqa səbəblər axtarmaq yersizdir. Xatırladaq ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin dünən keçirilən müşavirəsində Nəqliyyat naziri Ziya Məmmədov iştirak etmədiyi ilə bağlı xəbər yayılıb. “Qaynar.info”nun tirajladığı xəbərdə ekspertlər bunu Z.Məmmədova etimadın azalması və bu səbəbdən müşavirəyə dəvət edilməməsi ehtimalı ilə izah ediblər. Geri qayıt |