Əsas Səhifə > Güney Press / Ana xəbər > Qobustanda bir məmurun aktivinə yazılan ilginc korrupsiya

Qobustanda bir məmurun aktivinə yazılan ilginc korrupsiya


10-07-2014, 12:30
Qobustanda bir məmurun aktivinə yazılan ilginc korrupsiya
Bu azmış kimi idarə müdiri həmin boru xəttlərinin təmiri üçün külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İdarəsinin müdiri Rövşən Pənahovla bağlı PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, idarə müdiri bir il öncə Qobustanda sovet dönəmində çəkilən kəndlər arası yeraltı su boru kəmərlərini çıxartdıraraq metal kimi paytxatın dəmir sexlərinə satıb. Bildirək ki, SSRİ vaxtında Qobustan kəndlərindəki torpaqların suvarılması və şoranlığın qarşısının alınması üçün diametri 500 mm və ondan böyük borular basdırılıb. Həmin borular vasitəsi ilə rayon kəndlərinin böyük bir hissəsi suvarılmaqla bərabər, həmçinin torpaqların şoranlaşmanın qarşısını alırdı.

Rövşən Pənahov isə həmin metal boruları öz şəxsi malı kimi satıb. Qeyd edək ki, Rövşən Pənahovun boruları çıxartdıraraq satdığı ərazilər hazırda vətəndaşların heyvanlarının otlaq sahəsidir. Həmin ərazilər uzun müddətdən bəri örüş yeri olduğu üçün idarə müdiridə bundan istifadə edərək boruları çıxartdırıb. Rövşən Pənahovun dövlətin balansında olan boruların satışından təxminən 200 min manata yaxın qazanc əldə etdiyi bildirilir.

Çox marlıdıdır ki, Rövşən Pənahov rayonda əkilən 15 min hektara yaxın torpaq sahəsindən yığdığı su pulunu məhz satdığı boruların təmir olunması adı altında mənimsəyib. Bu barədə PİA.AZ-a məlumat verən mənbə bildirir ki, Rövşən Pənahov əslindəolmayan, daha doğrusu özünün doğratdırıb satdığı boru xəttinin təmiri üçün ayrılan vəsaitin hamısını mənimsəyib.

Məlumatda qeyd olunur ki, Qobustan Qış Otlaqlarının Su Təminatı İstismarı İdarəsi ildə vətəndaşlardan 150-200 min manat arası su pulu yığır. Rövşən Pənahov boruları çıxardıb satandan sonra həmin boruların yenisi ilə əvəzlənməsi, təmir edilməsi, adı altında büdcədən təxminən 100 min manata yaxın vəsait silib. Bu mənimsəməni müəyyən etmək isə çox asandır. Çünki sənədlərdə boru xəttlərininin təmirindən söhbət getsə də, əslində torpağın altında həmin borular yoxdur.

Bundan başqa PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Qobustan Qış Otlaqlarının Su Təminatı İstismarı İdarəsinin balansında olan texnikalar, traktorlar, yük aftomobilləri şəxsi sahibkarların təsərüffatlarında işləyir. İdarə maşınlarının özəl sahibkarlıq subyektlərində işləməsini isə Rövşən Pənahov təşkil edib. İdarə müdiri həmin texnikaları icarəyə verir və buna görə hər texnikaya görə gündə 100-150 manat arasında haqq alır.

Qeyd edək ki, Rövşən Pənahovun yanacaq və meliorasiya işi adı altında həyata keçirdiyi maxinasiyalar ilə bağlı redaksiyamıza göndərilən ilginc informasiyanı dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt