Əsas Səhifə > Güney Press / Ana xəbər > ARDNŞ-dən bayrağımıza qarşı hörmətsizlik

ARDNŞ-dən bayrağımıza qarşı hörmətsizlik


7-07-2014, 18:32
ARDNŞ-dən bayrağımıza qarşı hörmətsizlik
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yanacaqdoldurma məntəqələrindən birində Azərbaycanın dövlət bayrağı tərsinə asılıb.

Axar.az-ın mail ünvanına fotonu yollayan oxucu bayrağın tərsinə asıldığı yanacaqdoldurma məntəqəsinin Bakı-Qazax magistralının Qobustan rayonundan keçən hissəsində yerləşdiyini bildirib.

Məsələ ilə bağlı müxbirimizə danışan ARDNŞ Mətbuat xidməti və İçtimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev məsələdən xəbərsiz olduqlarını və faktı araşdıracaqlarını deyib:

“Belə bir şey olubsa, aydın məsələdir ki, bu, təsadüfən baş verib. Başqa nə ola bilər ki? İstənilən halda yanacaqdoldurma məntəqələrinin baş idarəsi ilə əlaqə saxlayıb öyrənəcək və sizə də məlumat verəcəyəm”.

Məsələni gündəmdə saxlayacağıq.

Geri qayıt