Əsas Səhifə > Güney Press / Ana xəbər > Naxçıvanda “molla islahatı”: vahid forma, 100 manat
Naxçıvanda “molla islahatı”: vahid forma, 100 manat7-07-2014, 12:59 |
![]() Naxçıvan Muxtar Respublikasında yas məclisi aparan mollalar və məscid axundları vahid geyim formasına keçirlər. Bu barədə Axar.az-a Naxçıvandakı mənbədən xəbər daxil olub. Mənbənin dediyinə görə, artıq muxtar respublikanın bütün kənd və qəsəbələrindəki mollalardan və dini xadimlərdən onların geyim ölçüləri götürülüb. Qərara görə, avqustun 1-dən hamı vahid formada olmalıdır. Formadan başqa, onların hamısına eyni təsbРµh və müqədəs Quran veriləcək: “Geyimdən fərqli olaraq dini ləvР°zimatlar və müqəddəs Quran onlara hədiyyə ediləcək”, – deyə xəbərdə qeyd olunur. Hüzr mərasimlərinin verilməsi üçün – bura ölünün dəfni və yas mərasimlərinin yola verilməsi daxildir - vahid qiymət də müəyyənləşdirilib. Bütün bu mərasimlərə görə ölü yiyəsindən 100 manatdan artıq pul alınmaması nəzərdə tutulub. Geri qayıt |