Əsas Səhifə > Güney Press > İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib
İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnibBu gün, 08:25 |
|
İranın sentyabrın 9-na keçən gecə İordaniyadakı Muvaffaq-Salti aviabazasına endirdiyi zərbələr nəticəsində ABŞ-yə məxsus bir neçə hərbi təyyarə zədələnib. Bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, bazadakı A-10 “Thunderbolt” hücum təyyarələrindən biri ciddi zədələnərək qanadını itirib. Bundan başqa, səkkiz F-15 qırıcısının yüngül zədələr aldığı bildirilir. Təyyarələr sonradan yenidən istismara qaytarılıb. CBS-in məlumatına görə, İordaniyadakı ABŞ qüvvələri İranın hücumundan müdafiə məqsədilə “Patriot” hava hücumundan müdafiə sistemlərinin 30-dan çox raketindən istifadə edib. Hücumlar nəticəsində İordaniyada yerləşən ABŞ hərbçiləri arasında ölənlərin olmadığı bildirilir. Geri qayıt |