Əsas Səhifə > Güney Press / Araşdırma / Manşet > Binəqəqidə dövlətin qanunları İŞLƏMİR!
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR!Bu gün, 17:45 |
|
Bizimesr.media xəbər verir ki, rayonun Səttar Bəhlulzadə küçəsində yaşayış binasının altına obyekt üçün əlavə artırma inşa edilir. Sakinlər bildirib ki, binaya bitişik artıq dəmir konstruksiyalar quraşdırılıb. Əlavə qapı açılıb və dəmir konstruksiyalı pilləkən də bərkidilib. Sakinlərin sözlərinə görə, binanın altında olan obyektlərin hamısı əlavə artırmalar edib ki, bu da qanunla qadağandır. Belə artırmalar sakinləri həm də təhlükəsizliyə görə narahat edir: “Bütün balkon və pəncərələrin qarşısından 2 metr yola tərəf artırmalar edilib. Bunu edənlər obyekt işlədənlərdir. Sabah binada yanğın baş versə, yanğın söndürən maşınlar yanğını söndürə, sakinləri binadan çıxara bilməyəcək. Çünki binanın hər tərəfi 2 metr qabağa çıxmış obyektlərlə əhatələnib”. Sakinlər tezliklə bu özbaşınalığın qarşısının alınmasını tələb edir. Geri qayıt |